Nirvana

Nirvana
Il faut imaginer Sisyphe heureux.
Puan vermedi·336 syf.··
2026 1. kitabı
·
167 günde okudu
·
Okunma: 27 Mart 2026 19:15
cinayət təkcə fiziki hadisə deyil, həm də psixoloji prosesdir.. ilk hissələr "səfalətin fəlsəfəyə çevrilməsi"dir. Raskolnikov o darısqal, tabuta bənzəyən otağında ac qaldıqca, beynində "Napoleon" xəyalları qurmağa başlayır. Raskolnikov qocanı pul üçün öldürmür. O, acından ölən minlərlə tələbədən biridir, amma onu fərqləndirən qürurudur. O, özünə sübut etmək istəyir ki,o, "adi insan" deyil. ən maraqlısı budur ki, Raskolnikov küçədə gördüyü bir sərxoşa (Marmeladova) son qəpiyini verəcək qədər mərhəmətlidir, amma eyni zamanda bir qadının başına balta endirəcək qədər qəddarlaşa bilir. bu parçalanma məni ən çox sarsıdan məqam idi. cinayət səhnəsi mənim gözümdə bir "ironiya"dır. Raskolnikov hər şeyi riyazi dəqiqliklə hesablamışdı, addımlarını saymışdı. amma həyat ona göstərdi ki, "qan tökmək" riyaziyyat deyil. Lizavetanın (günahsız və yazıq bir qadının) qəfil peyda olması Raskolnikovun bütün "ali məqsəd" ideologiyasını darmadağın etdi. O, "zərərli bir biti" yox, məsum bir canı da aldı. bu andan etibarən Raskolnikov artıq qəhrəman yox, sadəcə qorxmuş bir heyvan kimidir. sonra görsrük ki, cəza cinayətdən dərhal sonra başlayır. Hələ polis gəlməyib, hələ heç kim bilmir, amma Raskolnikov artıq "həbsdədir".Onun anası və bacısı yanına gələndə onlara sarıla bilməməsi ən ağır cəzadır. O,özünü insanlıqdan kənarlaşdırıb. Artıq heç kimlə hətta ən yaxın dostu Razumixinlə belə səmimi ola bilmir. çünki hər kəsə "şübhəli" və ya "məsum" kimi baxır. Onun qızdırma içində olması, hər qapı zəngindən diksinməsi göstərir ki, insan ruhu "qəsdən qan tökməyi" həzm edə bilmir. Nəzəriyyə "öldür" desə də, vicdan "ölürəm" deyə qışqırır. sonrakı hissələrdə Raskolnikovun bir müddət əvvəl yazdığı "Cinayət haqqında"məqaləsi ortaya çıxır. Porfiri Petroviç bu məqaləni onun üzünə oxuyanda biz Rodyonun
Duygu ve Düşünce
Suç ve Ceza - II. CiltFyodor Dostoyevski · İskele Yayıncılık · 20151,462 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi
Lev Tolstoyun bu əsəri mənə zahirdə uğurlu görünən bir həyatın içində necə böyük bir boşluğun ola biləcəyini göstərdi. İvan cəmiyyətin istədiyi kimi yaşayıb: yaxşı iş, ailə, nüfuz… amma ölüm yaxınlaşanda anlayır ki, o, heç vaxt öz istədiyi kimi yaşamayıb. Ən təsirli məqam onun “bəlkə mən düzgün yaşamamışam?” sualını özünə verməsi idi. bu sual təkcə İvana yox, oxucuya da ünvanlanır. əsəri oxuduqca düşünürsən: “bəs mən necə yaşayıram?” əslində ölüm qorxusunun kökündə, yaşamamış bir həyatın peşmançılığı yatır. Tolstoy bizə öyrədir ki, insan yalnız həqiqi, dürüst və mənalı yaşadığı zaman rahat ölümü qəbul edə bilər.. Lev TolstoyLev Tolstoy
Duygu ve Düşünce
İvan İliçin ÖlümüLev Tolstoy · Qanun Nəşriyyatı · 201861bin okunma
Puan vermedi·424 syf.··
2025 19. kitabı
·
15 günde okudu
·
Okunma: 10 Mayıs 2025 16:50
Həyatımda oxuduğum ən gözəl ve unudulmaz kitablardan biri olaraq qalacağına inanıram.. Tövsiyə edəni də unutmamaq gərək.)) En son anda insanın xatirələri vasitəsilə sevginin önəmini xatırlaması.. Və bunun insanı sürüklədiyi uçurumdan(relslərdən) qayıtmasına vəsilə olması.. Bəlkə bir gün bu kitabı bir daha oxumaq diləyilə :D
Duygu ve Düşünce
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,802 okunma
Təəssüratlarım
Puan vermedi·256 syf.··
2025 16. kitabı
·
5 günde okudu
·
Okunma: 09 Nisan 2025 14:14
Agatha'dan oxuduğum II əsər idi. Detektiv motivləri ilə yenidən diqqəti cəlb etməyi bacardı. Həqiqətən, çox maraqlı və axıcı idi. İlk başda heç ağlımıza gəlməyən birinin sonda qatil çıxması hər zamanki kimi yazıçının professionallığını göstərir. İlk başlarda, xüsusilə I fəsli oxuduqda çox qarışıq gəlmişdi mənə, belə ki bu qədər adamı və hekayələrini necə yadda saxlayacağımı bilmirdim, bu səbəbdən oxuduqca qeydlər tutmağa çalışırdım. Lakin sonradan hadisələr irəlilədikcə hər bir obrazın spesifik keçmişi, hazırki vaxtına necə təsirini öyrənmiş oluruq. Qatilin o qədər incəliklə adadakıları(Anthony Marston,Mrs. Rogers,general Makarthur,Mr. Rogers,Emily Brent,hakim Uorqreyv (saxta ölüm)Dr. Armstronq,William Blore, Philip Lombard, Vera Claythorne, hakim Uorqreyv(qatilin heqiqi ölümü))öldürməyə çalışması və sonda özünü öldürməsi ən həyəcanlı hissələri idi. Xüsusilə epiloqdan əvvəlki son fəsillər maraqlı idi, hansı ki orada Vera'nın Lombardı öldürməsi və Huqonu xatırlayaraq intihar etməsi. Qısacası, çox bəyəndim.
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201443,5bin okunma
Puan vermedi·303 syf.··
2025 8. kitabı
Əsəri tam şəkildə əhatə etmir (Spoilər var) Dr. Rieux əvvəlcə insanları xilas edə bilmədiyini anlayır və yalnız xəstəlikləri müəyyən edib tədbirlər görməyin onun vəzifəsi olduğunu qəbul edir. Get-gedə onun gördüyü iş bir xilasa yox, sadəcə xəstələrin təcridinə yönəlir.İnsanlar ona kin bəsləsə də, onun da bir qəlbi var , amma bu qəlb artıq yalnız ölüm görmək üçün işləyir. Rieux və onunla birlikdə çalışanlar zamanla bezginliyə qapılır, artıq ehtiyat tədbirlərinə tam riayət etmirlər.Bu isə onları vebaya daha çox məruz qoyur. Şəhərdə isə bir nəfər – Cottard – ətrafında baş verənlərə görə narahat olmur. O vebanın yaratdığı xaosun içində özünü güvəndə hiss edir, çünki indi hər kəs onun kimi qeyri-müəyyən bir vəziyyətin içindədir. Daha sonra Tarrou və Cottard şəhər operasına gedirlər. Təsadüfən şəhərdə qalmış bir teatrda Orphee tamaşası oynanılır. İnsanlar bu tamaşaya böyük maraq göstərsələr də, ikinci perdədə baş rolu oynayan aktyorun titrəməsi və üçüncü perdədə səhnəyə yıxılması ilə hər şey dəyişir.Tamaşaçılar əvvəlcə sakitcə çıxmağa çalışır, sonra isə panikaya düşüb izdiham yaradırlar. Səhnədə aktyorun çöküşü və salondakı xaos vebanın şəhərə necə nüfuz etdiyini, hətta sənətin belə bu fəlakətdən qaça bilmədiyini göstərir.
VebaAlbert Camus · Can Yayınları · 202024,5bin okunma