Qəfil... evlənmə və peşmanlıq, şəhvət və riya! Sonra onu ölüm ayağına gətirib çıxaran bu qulluq, bu pul qayğıları və bir il, iki il, on il, iyirmi il bu minvalla, beləcə... Və bu yana gəldikcə də, ölüm sükutu artır. Elə bilirdim ki, dağa qalxıram, yüksəlirəm, amma əslində bir qərarda, durmadan dağdan enirdim. Camaata görə yüksəlirdim, amma cəmiyyətin hesabına görə, hansı sürətlə yüksəlirdimsə, həmin o sürətlə də həyat uzaqlaşırdı məndən. Və budur, gəlib çatdın mənzil başına, yıxıl öl! Nə deməkdir bu? Niyə ölməliyəm? Ola bilməz. Həyat belə mənasız, belə rəzil ola bilməz. Əgər həyat, doğrudan da, belə rəzil və mənasız olubsa, onda ölmək, özü da əzab çəkə-çəkə ölmək nə deməkdir? Yox, elə deyil, nəsə var burda.
"Bəlkə mən düzgün ömür sürməmişəm?"