Təsadüflərin əlində bir oyuncaq olduqdan sonra qəlbimizi coşduran hisslər, beynimizdə baş qaldıran fikirlər nəyə lazımmış? Yaşayışımıza və ətrafimızdakılara yeni forma verib onları dəyişmək arzusu ilə mübarizə aparmaqdansa, həyatımızı Və mühitimizi olduğu kimi qəbul etmək daha rahat, daha ağlabatan iş deyilmi?
Ürəyimizdə əxlaqımızla əlaqəsi olmayan elə bir hesablama hissimiz var ki, o, baş verən hadisələri öz süzgəcindən keçirir, nəticələr çıxarır, həmişe açıq olmasa da, gizlində qalib gəlir və hər şey də onun istəyincə olur.
İşığı bizə beş min ildən sonra gəlib çatan ulduzlar mövcud olduğu halda, ən uzağı əlli ildən sonra kitabxanalarda çürüyəcək və beş yüz ildən sonra adları belə unudulacaq əsərlər yazmaq, ədəbiyyat haqqında düşünüb çalışmaq, yaxud üç min ildən sonra əlsiz-ayaqsız bir heykəli muzeydə nümayiş etdirsinlər deyə ömrünü palçıq yoğurmaqla, mərmər ovmaqla keçirməyi, məncə, heç də çox ağıllı bir iş hesab etmək olmaz...
Lev Tolstoyun bu əsəri mənə zahirdə uğurlu görünən bir həyatın içində necə böyük bir boşluğun ola biləcəyini göstərdi. İvan cəmiyyətin istədiyi kimi yaşayıb: yaxşı iş, ailə, nüfuz… amma ölüm yaxınlaşanda anlayır ki, o, heç vaxt öz istədiyi kimi yaşamayıb. Ən təsirli məqam onun “bəlkə mən düzgün yaşamamışam?” sualını özünə verməsi idi. bu sual təkcə İvana yox, oxucuya da ünvanlanır. əsəri oxuduqca düşünürsən: “bəs mən necə yaşayıram?” əslində ölüm qorxusunun kökündə, yaşamamış bir həyatın peşmançılığı yatır. Tolstoy bizə öyrədir ki, insan yalnız həqiqi, dürüst və mənalı yaşadığı zaman rahat ölümü qəbul edə bilər.. Lev Tolstoy
Arvadının paltarı, yöndəmi, üzünün ifadəsi, səsi hamısı bir şey deyirdi: "O deyil. Bütün həyatın, indiyə qədərki ömrün və bu günün yalandır həyatı və ölümü səndən gizlədən yalan".