Nədən şikayət edirsən?Kim bilir, bəlkə sənin qəlbində yaxşı bir şey varsa, o da elə həmin şeytandır? Sənin kimi adamlar dünyanı ancaq öz beş hissi ilə ölçürlər, buna görə də o qorxudan yaxa qurtara bilməyəcəklər. Bunun əsl səbəbini və həyatın əsl qanunauyğunluğunu arasdırsanız, görəcəksiniz ki, ən zəif cəhətimiz daxili yox, zahiridir, kənardan gəlmədir. Gözümüzü kor edən yeddi rəngdir qulağımızı kar edən səslərdir,ağzımızı yuman yeməklərdir, ürəyimizi əvvəlcə təlatümə gətirib coşduran, lakin sonra sükuta qərq edən ardi-arası kəsilməz danışıqlarımız,sözsöhbətlərimizdir. Yüksək mərtəbəyə qalxmış adam zahiri şeyləri yox, daxili şeyləri, mənəviyyatı qiymətləndirir.
- Elə danışırsan ki, sanki ömründə heç vaxt başqasının hesabına rakı içməmisən.
-Allah eşqinə, səsini kəs! Bütün ömrümdə. Hamımızın ömrü alçaqlıqdan ibarətdir...
-Demə, sən ləyaqət heykəliysənmiş...
-Heç də yox... Lakin bu da həqiqətdir ki, bugünkü vəziyyətimdə qalmaq istəmirəm. Tamamilə başqa bir həyat, daha abırlı və daha mənalı bir həyat istəyirəm.Kim bilir, bəlkə də belə bir həyata nail olmaq mümkündür... Lakin içimdə elə bir seytan var ki... o, məni istəmədiyim hərəkətlərə vadar edir.Onun pəncəsindən xilas ola bilmirəm, mümkün olmur... Təkcə mən yox, hamımiz o şeytanın əlində oyuncağıq. Sənin dünyaya hakim olmaq planların da onun əməlidir