Nirvana

Məncə, insan yalnız o vaxt sənətkar hesab olunur ki, özündən yazmasın!
Alıntı
Etimoloji Defteri
Mücellit Nedir ?
Sizin həyatınızı gözlərimin qabağında canlandırıram... və bu həyatın ziddinə də deyiləm. Bu cür məsləhətdirsə, qoy belə olsun... Lakin bu cür gələcəyə hazırlaşdığınız halda gördüyünüz bu işlərə müqəddimə nəyə lazımdır? Məhz ona görəmi ki, sabah qocalanda bir yaxın dostunuza deyəsiniz: "Gənclikdə çox idealist idik, amma həyat bizi dəyişdirdi... realist olduq. Heyif o cosqun günlərimizə!" Bunu deyə bilmək üçünmü? Bəlkə ümid edirsiniz ki, indi, gənclik dövrünüzdə bir müddət boşboğazlıqla məşğul olduğunuza görə gələcək mənasız və mənfur həyatınızı sizə bağışlayarlar?!
Həyat, hər halda, firıldaqlardan ibarət deyil. Bəs nədir? Axı bu həyatın bir mənası olmalıdır, ya vox? Yəqin ki, insan dünyaya, sadəcə, yemək-içmək, birini qucağına alıb yatmaq üçün gəlmir.O daha böyük və bəşəri bir məqsəd üçün dünyaya gəlir.
Alıntı
Bu nə hərəkət idi? Özümü də elə aparırdım ki, mənə bir az yazığı gəlsin. Ona da elə bu lazım idi. Onun üçün bes-on lirənin heç bir əhəmiyyəti yoxdur. Əvəzində özünə bir nəfər də minnətdar adam qazanır. Onun yaxşılığından bir az da danışarlar, o da bundan zövq alar... Özünü səyyar ləyaqət heykəlinə oxşatmaq istəyir... Nə olsun, bunun nəyi pisdir? Təki hər adamda belə bir vərdiş olsun... Həm də nə bilmək olar, bəlkə də bu adam, həqiqətən, yaxşılıq etməyə ehtiyac duyur və bunu təmənnasız eləyir?. Özümüz yaxşılı etmir, başqalarının da yaxşılığını görmür, onları özlərini gözə soxan, xeyir-dua ovçusu, hətta ikiüzlü adlandırırıq.
Alıntı
Təkcə bircə şeyi, min bir şəklə salıb söyləmək arzusu ilə alışıb-yandığım şeyi... sizi sevdiyimi anlatmaq istəyirəm. Dünyanın yarandığı gündən bəri bu sözün milyard dəfələrlə təkrar edildiyini unutmuram. Lakin siz özünüz söyləyin, məgər bu söz həyatiliyini itiribmi? Kainatda bu söz qədər həm təzə, həm də köhnə nə var? Bu, elə bir kəlmədir ki, hər dəfə təzələnir, həm də kamilləşir. Sizi sevirəm...
Alıntı