Məsələ kor bağırsaqda, böyrəkdə deyil, həyatda və... ölümdədir. Bəli, yaşa-yırdım, indi isə, budur, həyat tərk eləyir məni, gedir və mən tutub saxlaya bilmirəm onu. Bəli, özümü niyə aldadıram? Məgər özümdən başqa hamıya aydın deyil ki, ölürəm və söhbət yalnız bunun neçə həftədən, indi isə bəlkə də neçə gündən sonra baş verəcəyindədir? Bu işıq zülmətlə əvəz olunacaq. İndiyəcən burdaydımsa, indən sonra oraya getməliyəm. Hara?"