Xatirə Abdulla

Xatirə Abdulla
@Khatiraa
Son səhifəyə hələ var.....
Reklam
Sizce mutluluk nedir?
Gençliginde bir ideal için birlikte heyecanla kitap okuduğu kızla daha sonra evlenmek,babama göre en büyük mutluluktu.
Sayfa 32·Kitabı okudu
Mutluluk
Tarix təkrarlanır?
10/10
·211 syf.··
Beğendi
·
2023 1. kitabı
Orhan Pamuk'un oxuduğum 4-cü kitabı idi. Bir insan üslubuna ancaq bu qədər sadiq qala bilər deyirəm Pamuk əsərlərinin özəlliyi bir şəxsin həyatı və yaşamı,hətta xarakteri üzərindən dövrün iqtidarı tənqid olunur,tarixi əks etdirilir və yazar tərəfindən müqayisə olunur. Şəxslər arasındakı dialoqlar belə dövrün məsələlərinə birbaşa toxunur: "- Sizin saçınız doğuşdan qırmızıdır,mənim isə öz qərarımdır!" Kitabda dəyişməyə başlayan İstanbul,əsgər hakimiyyəti,müxalifət,irəliləyən və eyni zamanda geri qalan sənaye,böyüyən işçi qüvvəsi,təhsil yanğısı, ata-oğul münasibəti,ilk eşq və bir çox məsələlərə toxunur Pamuk. Kitabı diqqətlə oxumayan bir kimsə əsəri başdan-basa təsadüflərdən ibarət yalançı bir hekayə olduğunu düşünər. Ancaq qarşınıza çıxan "kəhanət"kəliməsinə diqqət yetirməniz tövsiyyə edirəm Hələ-hələ yazarın tarixi hekayələrə toxunması qələmə aldığı hadisələrin "şişirdilmiş təsadüf" yox "tarix təkrarlanır" cümləsi ilə ifadə olunmasına məcbur edir. Gələk romanın mövzusuna: Onları tərk edən atasından sonra anası ilə tək yaşayan qəhrəmanımız təhsil almaq qərarı alır. Lakin dövrün tələblərinə diqqət etdikdə pulu olmasa oxuya bilməyəcəyini anlayır. Dərs ili başlamadan dövrün öndə gələn işi olan su quyusu axtarmaq işində qazmaçı olaraq işə başlayır. Yarımçıq qalan ata sevgisini qazmaçı olduğu müddətdə ona başçılıq edən ustasında tapır. Evindən və anasından uzaqda olan 17 yaşlı qəhrəmanımız işlədiyi əraziyə yaxın qəsəbədə qırmızı saçlı bir qadına aşiq olur.... Əsərin olduqca dolğun və təsirli davamı var Sizə xoş oxumalar diləyirəm
Roman
Kırmızı Saçlı KadınOrhan Pamuk · Yapı Kredi Yayınları · 202462,1bin okunma

Xatirə Abdulla

, bir kitap okudu
10/10
·211 syf.··
Beğendi
·
2023 1. kitabı
Orhan Pamuk
7.6/10 · 62,1bin okunma

Xatirə Abdulla

, 1000Kitap'a katıldı.