Qərəzsizlik üzərində işləyən zaman diqqət yetirə bilərik ki, heç kim bizə dost va yaxud düşmən kimi dünyaya gəlmir və hətta qohumlarımızın da bizə hər zaman dost münasibəti bəsləyəcəyini heç kim sığortalaya bilməz. «Dost» və «düşmən» anlayışı insanların bizə necə münasibət bəsləməsi və bizimlə necə ünsiyyat qurmasıyla təyin olunur. Adətən, bizə yaxınlıq göstərən və qayğıyla yanaşan adamları özümüzə dost kimi qəbul edirik. Bizə münasibətdə bədxah əməllər törədən və yaxud törədəcəyini zənn etdiyimiz adamları isə düşmən kimi qəbul edirik. Buna görə də, insanları onların bizə göstərdiyi münasibət baxımından, onların məqsəd və duyğusunu anlayış süzgəcindən keçirərək, bunun əsasında dost və düşmən kateqoriyasına bölürük. Odur ki, əslində heç kim bizə dost və düşmən deyil.
Ürəyi açmaq nə deməkdir? Hər şeydən öncə, aydındır ki, burada ürək ideyası - sadəcə olaraq metaforadır. Ürək çox mədəniyyətlərdə bizim bədənimizi qanla təmin edən xüsusi bir əzələ kimi yox, mərhəmət, sevgi, ədalət və intuisiyaların mənbəyi kimi nəzərdə tutulur. Ancaq buddist nöqteyi-nəzərindən hər iki yolun əqldən keçdiyi anlaşılır. Qəribə də olsa, buddistlər ağılın sinənin ortasında yerləşdiyini zənn edirlər. Açıq ürək - açıq şüur deməkdir. Ürəkdəki dəyişiklik - şüurda baş verən dəyişiklikdir. Bununla belə, yolun «ge-nişlik» və «dərinlik» aspektlərindəki fərqi anlamaq baxımından, ürək haqqındakı təsəvvür müvəqqəti bir vasitə kimi faydalı ola bilər.