Hava Uyanıyor seriyasının 3 kitabı Toprağın Sonu bitdi və məndə demək olar ki bitdim . Ilk iki kitab üçüncü kitabın yanında həqiqətən sönük qaldı . Hələ bu final nə idi axi belə .Seriyanın ilk kitabı qeyd edim ki biraz sıxıcı idi və buna görə də bir çox oxuyucu seriyə davam etmirdi, içi mən qarışıq ilk kitabı oxumağa başladım və yarıda saxladım. Içimdən heç oxumaq gəlmədi. Bunda mənfi oxuyucu rəylərinin də rolu var idi. Amma hər kitab bir şansa layiqdir mənə görə. Və indi özümə deyirəm ki yaxşı ki, o şansı tanımışam bu seriyaya.