Kitabı çox sürətlə oxudum. Ümumiyyətlə Emma Scott qələmi axıcıdır. Müasir tərzdə yazmağı çağımıza uyğun gəldiyi üçün kitabları daha oxunaqlı edir. Mövzu da sevgi olduğu üçün kitab adrenalin kimi təsir edir. Gərçək həyatda sevgi, eşq kəliməsi kirləndiyi üçün ən azından Scottun
romanlarında insan təsəlli tapır. Keçək romana :) Teya və Djimin tanışlığı, bir-birilərinə olan güclü duyğular başlarına gələn hər şeylə mücadələ etməyə hazır olduqlarını bizə göstərir. Hətta Teyanın 5 dəqiqəlik yaddaşında belə sevgisi onu yarı yolda qoymur. Amneziyanın ən qəddar üzüylə savaşan bu cütlük ən qaranlıq məqamlarda belə bir-biriləriylə ünsiyyəti davam etdirə bilir. Bəzi rəylərdə Teyanın eqoistliyini vurğulamışdılar və bacısına ( qəzadan sonra hər iki valideynini itirən və o qəzada möcüzə əsəri sağ qalan Teyanın həyati qərarlarını verən, heç bir kişiyə güvənməyən ) olan davranışını tənqid edənlər olmuşdu. Mən buna eqoistlik deməzdim. Teyanın bütün hiss etdiklərini anlamaq mümkündür. 2 il beş dəqiqəlik yaddaşla yaşamaq və sağalma şansının yarandığı anda həyata sarılıb hər anını yaşamaq istəməsi və üstəlik bunu o qaranlıq amneziyada onun çırpınışlarını ilk və tək görən Djimlə etmək istəməsi ən təbii hissdir. Buna görə Teyanı qınaya bilmərik. Romanı bəyəndim. Amma favoritim hələki “ Hər şeyiylə” dəki Teo və Kacey cütlüyüdür.
Birinci bölümü oxumadan ikincini anlamaq olmaz. Ona görə bu roman qarşınıza çıxıbsa və oxumağa qərar vermisinizsə ilk öncə Son Sürət-i oxuyun. Yazarın qələmini zatən ilk kitabından bəyəndim. Dərin duyğular, hissiyyatlar şəxsən mənə çox keçdi. Hər qəhrəmanı o qədər detallandırmışdı ki, oxuyarkən sanki filmini izləyirdim. Hər şey gözümün önündə canlanırdı. 3 günə bitirdim. Nəfəsimi tutaraq oxudum. Cinsəllik açık şəkildə yansıdılıb. Kiminə görə bu aşırı ola bilər. Şəxsən mənə qəhrəmanların duyğu selini ötürə bildi və bundan məmnunam. Bundan sonra Emma Scott romanlarına daha çox yer verməyi düşünürəm
Kitabı bəyəndim və bir nəfəsdə oxudum. Bir möcüzə olmağını çox istədim, lakin Kacey və Jonahın möcüzəsi onların qısa müddətdə çox az insanın yaşaya biləcəyi sevgi və ehtirası yaşamaqları idi. Jonah üçün çox ağladım. Yazar Jonah kimi insanların nə hiss etdiklərini az da olsa çatdıra bildi deyə düşünürəm. Kitabı bitirməyimə baxmayaraq ara sıra bəzi bölümlərini təkrar oxuyuram və romanın təsirinsən hələ də çıxa bilmirəm. Kacey’in sonrakı həyatını, necə toparlandığını, ayağa qalxdığını bilmək istərdim. Theo’nun dəstəyi burda danılmazdır. İkinci hissəni səbirsizliklə gözləyirəm.
Kitabı beğendim. Ama her kes beğenmeye bilir. Stefan Zweig’i anlamak için güçlü psikoloji gerekiyor zaten. Küflenmiş duyguların dışına çıkmak için yaşanmış olağanüstü bir gece