Lalezzh

Lalezzh
Azerbaijan University of Languages
4 Nisan
13 okur puanı
Aralık 2022 tarihinde katıldı
8/10
·313 syf.··
2023 10. kitabı
·
16 günde okudu
·
Okunma: 29 Ekim 2023 18:20
Məsudə Cabbardan oxuduğum ilk kitabdır və həqiqətən qələmini bəyəndim. Xüsusəndə kitabın bir çox səhifələrində illüziyaların olması, romana daxil edilmiş musiqilər( həm xarici, həm milli). Roman özü evli oğlan və subay qızın sevgisindən bəhs edir. Evli oglan dediyim Anar, Huri ilə 10 ildir ki evlidir. Lakin övlad sahibi ola bilmirlər. Bu da onların münasibətinə təsirsiz ötüşmür. Huri Anarı sevməyib, ailəsinin istəyi üzərinə Anarla ailə qurub. Anar kitabları, mahnıları bir sözlə incəsənəti sevən biridir lakin yoldaşı Huri onun tam əksidir. Subay qız dediyim Kahira isə ərəb əsilli qızdır, ailəsi ilə birgə İrandan Azərbaycana gəlmişdir. Kahiranın ailəsində ən bəyəndiyim nüans atasının övladlarına qarşı sevgisi, qayğıkeşliyi oldu. Kahiranın özünəməxsus tərzinin olmasını, müasirliyini bəyəndim. Əsasəndə Huri ilə yaxınlıq qurmasını. Aralarındakı az müddətdə yaranmış "dostluğu". Huri üçün olan sonluq isə çox təsir elədi.
Roman
Xoşbəxtliyə Çatanda Əldə QalanlarMəsudə Cabbar · 2018263 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖

Lalezzh

, bir kitap okudu
8/10
·313 syf.··
16 günde okudu
·
2023 10. kitabı
Məsudə Cabbar
8.6/10 · 263 okunma
Həyat belədir. Sahib olmadığımız şeylərin sayı az olsa belə kölgəsi böyük olur. İnsanlar günəşə ehtiyac duysa da hər zaman kölgə axtarır. Çünki kölgə qaranlıqdan gəlir. Qaranlıqsa bilinməzlikdir.
Sayfa 224·Kitabı okudu
Roman
İllərdir bilmədiyim bir şey axtarıram. Harada olduğunu, kimdə olduğunu, hansı formada olduğunu bilmədiyim bir şeyi. Daxili narahatlıq dinc buraxmır. Sanki çox önəmli bir şeyi unutmuşam kimi. Həyatımı dəyişdirəcək bir şeyi. Bir adı.. bir vücudu.. bir ruhu.. hansısa uca bir varlığı.
Sayfa 156·Kitabı okudu
Roman
Ömrünüz boyunca daima qınandınız. Həm də səhvlərinizə gözə yox, ən üstün dəyərlərinizə görə.. Sizə nifrət etdilər. Qüsurlarınıza görə yox, uğurlarınıza görə. Ən qürur duyduğunuz xarakteristik özəlliklərinizə görə. Sizi alçaltmağa çalışdılar. Öz qərarlarınız əsasında azad hərəkət etmə cəsarətini göstərdiyiniz zaman və öz həyatınızın məsuliyyətini öz boynunuza götürdüyünüz zaman eqoistliklə günahlandırıldınız. Azad zehniniz ucbatından sizə həyasız dedilər. Dürüstlüyünüz ucbatından zalım dedilər. Məqsədli insan olduğunuz üçün qəddar dedilər.
Sayfa 95·Kitabı okudu
Roman