Kitabın sonunda gözlərim doldu, içimdə nəsə bir sıxıntı başladı, çünki əziz Zeze böyümüşdü...
Kitab məni öz uşaqlığıma apardı. Xəyalpərəst, fikirləri sərhədsiz, istəkləri məqsədsiz olan vaxtlarda xoşbəxt olmaq çətin deyildi. Çox maraqla, qısa müddətdə oxudum və bitirdim. Şirin portağal ağacı oxuyucuları üçün çox möhtəşəm bir kitabdır.
Kitabın sonundakı monoloq isə çox duyğusal idi. Günəşi böyüklər oyada bilməz cümləsi həmişə yadımda qalacaq.
Şiddətlə tövsiyyə olunur. Günəşi Oyadaq
Adi insan həyatda xəritəsiz dolaşmağa başlayır. Heç bir məqsəd və plan olmur. Həyatını, sadecə, vəziyyətə uyğun addımlar atmaqla yaşayır. Çox zaman 20-30 illik aktiv fəaliyyətə baxmayaraq, insan özünü xoşbəxt hiss edə, işindən və ailə həyatından tam məmnun ola bilmir. Yenə də hər axşam evə gedir, televizorun qarşısındakı divanda oturub həyatının daha yaxşı olmasını arzulayır. Həyat isə heç zaman öz özünə yaxşılaşmır.