Var-dövlətə sahib olmaq uğrunda hərəkətlərinizi planlaşdırarkən heç kəsə sizin xəyallarınızı məhv etməyə imkan verməyin. Siz özünüzü nifrət və istehzadan qorumalısınız. Bu yeni dünyadan öz payınızı almaq üçün ruhunu özünüzə hopdurmalısınız. Məhz bu ruh Amerikanın əsasını təşkil edib – həyatdan ən yaxşısını götürmək ARZUSU. Onlar öz ARZULARI uğrunda bütün imkanlara əl ataraq, azad torpaqda istedadlarının üzə çıxmalarına nail olublar.
Bəşəriyyətin ən faciəli səhvlərindən biri “mümkün deyil” ifadəsiylə
dostluğudur. İnsanlara nəyinsə işləməyəcəyinə işarət vuran bütün qanunlar
məlumdur. Onlara, həmçinin həyata keçirilməsi MÜMKÜN OLMAYAN hər
şeydə aşkardır. Bu kitabsa HƏR ŞEYİN MÜMKÜNLÜYÜNÜ sübuta yetirən
qanunları axtaranlar üçün yazılıb. Bu kitab ömrünü məhz yuxarıda qeyd
olunan qanuna tabe edənlər üçün qələmə alınıb. İllər öncə əla bir lüğət
aldım və ilk etdiyim iş, onun “mümkün deyil” ifadəsi yazılmış səhifəsini
cırıb tullamaq oldu. Sizə gülməli görünür? Bununla belə, sizə eynisini
təkrarlamağı tövsiyə edirəm.
Məğlubiyyətin ən çox yayılmış səbəblərindən biri insanın müvəqqəti uğursuzluğa düçar olarkən
irəlidəki axtarışlardan əl çəkməsidi. Heç birimiz bu səhvdən sığortalanmamışıq.
Kitabı tarixi dövr ərzində gedən prosesləri analiz etmək üçün almışdım. Lakin daha çoxuna xidmət etdi. Centlmen anlayışını anlamış oldum. BUnu kitabın hər səhifəsində "Metropol" otelinə ömürlük dustaq edilmiş, imtiyazları əlindən alınmış, baş ofisiant kimi işləməyə məhkum edilmiş Qraf Aleksandr Rostovun nümunəsində öyrənmək mümkündür. Kitabda bir yerdə deyir ki, "Tanrı hər kəsin qiymətini bir də o yox olandan sonra verir" Məncə oxumağa dəyər. Amma uzun uzadı cümlələri, rus yazıçılarına məxsus təsviri sevməyənlər 1 fəsildən daha çox dözməyə bilərlər. Amma oxuyanlar əsl centlmenlik, insanlıq, mərdlik və dürüstlük nümunəsi sərgiləyən Centlmenlə tanış olacaqlar :)