Dəhşət içində anladı ki, bir də onun həyatında heç bir vaxt heç bir şey olmayacaqdır. Nə ürkək duyğuların nigaranlığı, nə gözləmə, nə aldanış, nə ümid, nə bahar gecəsi son tramvayın pəncərəsində diksinən ulduzlar...
Dünyada nə yaxşı adam var, nə pis adam. Ömür elə uzun çəkir ki, ancaq pis olmağa, ya ancaq yaxşı olmağa heç kəsin hövsələsi çatmır. Görürsən biri həyatı boyu gah yaxşı olur, gah pis...