Lamiyə Həsənli

Lamiyə Həsənli
@Lamiye_22
Hər kəsin hər şeyi bildiyi bir dünyada bilmirəm demək xoşuma gəlir...
9/10
·448 syf.··
Beğendi
·
2022 4. kitabı
Yenə Xalid Hüseyni və yenə təsirli bir roman. Əsərdə müəllif eyni zamanda bir çox məsləyə ustalıqla toxunub. Romanda dostluq, ata-oğul münasibəti, müharibə, dostluqda sədaqət və xəyanət kimi mövzular təsvir edilir. Və eyni zamanda yaşadıqları ilə bir növ işlədikləri günahlardan təmizlənmə. Həsən uzun müddət yaddaşımda qalacaq bir obraz oldu. Onun dostluğu, Əmirə olan sadiqliyi çox təsirli idi və çox gözəl təsvir edilmişdi. Həsənin sonunun belə olmasını heç istəməzdim. Əsəri bitirdiyimdə çox qəribə hisslər keçirdim eyni zamanda həm kədər, həm qəzəb və nə olursa olsun ümidin olduğunu unutmamaq. Düşünürəm ki, həyatda Həsən kimi bir dostun varsa başqa heç neyə ehtiyacın olmaz. Onun Əmirə olan sevgisini sanki hiss edirdim. Və sonda romanı oxumağı düşünənlər düşünməyin oxuyun...
Edebiyat
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011192,2bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
9/10
·216 syf.··
Beğendi
·
2021 10. kitabı
·
3 günde okudu
·
Okunma: 27 Aralık 2021 18:40
İlk əvvəl onu qeyd edim ki, əsər çox axıcıdır. Qısa müddət ərzində bitir. Ama az olmasına baxmayaraq çox mənalı bir əsərdir. Hər səhifəsi düşündürücü cümlələrlə doludur. Əsərdə insanın öz seçdiyi yol və qarşısına çıxan maneələrə baxmayaraq bu yolla getməyin vacibliyi qeyd olunur. Öz seçdiyi yolla davam edərsə kainatin məqsədinə çatmasında ona kömək ediləcəyi deyilir. Santyaqo adlı çoban da məhz belə edir və nə olursa olsun öz seçdiyi yol ilə getməyə davam edir. Bu roman inanaraq edilərsə hərşeyin mümkün olacağını ifadə edir. Eyni zamanda məhəbbətin üstünlüyündən də bəhs edir. Ümumilikdə əsəri çox bəyəndim həm axıcı olmağı, həm də mənalı olmağını ayrı bəyəndim..
Edebiyat
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015246,5bin okunma
10/10
·256 syf.··
Beğendi
·
2021 9. kitabı
·
30 saatte okudu
·
Okunma: 30 Kasım 2021 18:05
Detektiv janrının haqqını verən möhtəşəm bir əsər. Zəncilər adasına tətil üçün gələn 10 nəfərin hər biri bir günahkardır və xüsusi ilə bu adaya çağırılıblar. Qatil həmişə sirr qalan bir cinayət törətmək istəyir və eyni zamanda bir gün bu cinayətin necə baş verdiyinin ortaya çıxmasını da arzulayır. Sonuna qədər öz həyəcanını qoruyan bir əsərdir. Hətta sonlarda lap həyəcanlı olur qatilin kim olduğunu düşündürür amma heç gözlənilməz finalla bitir. Eyni zamanda əsərdə ədalət məsələsinə də incə bir üslubda toxunulub. Detektiv janrını sevən bir oxucu olaraq əsəri çox bəyəndim. Hərkəsə tövsiyə edirəm xüsusilə detektiv janrı və Aqata Kristi sevənlərə)
Edebiyat
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201443,5bin okunma
10/10
·344 syf.··
2021 4. kitabı
·
4 günde okudu
·
Okunma: 21 Ağustos 2021 19:21
Başlarda dialoqları ilə güldürən sonda isə ağladan bir əsər... Gözlənilməz sonluğu olan əsər balacalıqdan şizofren olan Bendy Vuen'in bədbəxt həyatınnan bəhs edir. Əslində Enovar deyə birisinin heç bir zaman var olmadığını ilk başlardan anlamışdım, amma əsərdə mənim üçün gözlənilməz olan bir çox şeylə rastlaşdım. Ahh Ben yaddaşımda qalan bir əsər qəhramını oldun. Nə hiss etdiyimi dəqiq bilmirəm. Hisslərim çox qarışıqdır. Uzun müddət təsirindən çıxa bilməyəcəyəm yəqin ki...
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017623 okunma
"Heyvanıstan"
10/10
·151 syf.··
Beğendi
·
2021 1. kitabı
Corc Oruell- "Heyvanıstan" Möhtəşəm bir əsərdir. Oxuduğum zaman niyə gec oxudum deyə özümə əsəbiləşdim. Amma əsas odur oxudum)) İlk öncə deyim ki, əsər çox axıcıdır. Tez bir zamanda bitir. Az olmağına baxmayaraq əsərdə mənalar dərindir. Corc Oruellin "1984" əsərini oxumamışdan əvvəl bu əsəri oxumağı tövsiyə edirəm. Bundan sonra yazdıqlarımda spoiler verə bilərəm) Əsər Stalin rejimini tənqid edir. Heyvanların timsalında insanları əks etdirir. Stalin rejiminin iç üzünü göstərir. Napoleon donuzu da məhz Stalinin prototipidir. Başda qoyulan 7 prinsip sonradan dəyişilməyə başlayır. Snouboll - Troçki, Frederik - Hitleri təmsil edir. Müəllif əsərin sonunu oxuculara buraxır. Bu da insanın həyatının sonunun öz əllərində olduğunu göstərir. Başda da qeyd etdiyim kimi, əsər bütövlükdə möhtəşəm bir əsərdir. Hər kəsin oxumalı olduğu kitab sırasında olmalıdır... Mütləq oxuyun, xoş mütaliələr;))
Edebiyat
Hayvan ÇiftliğiGeorge Orwell · İletişim Yayınları · 2021296,2bin okunma