Narə

Difai – Müstəqil Azərbaycana aparan ilk cığır
Puan vermedi·432 syf.··
2025 7. kitabı
·
19 günde okudu
·
Okunma: 27 Temmuz 2025 08:34
Roman Azərbaycan ziyalısı- Əhməd bəy Ağoğlunun Fransadan Azərbaycana qayıtması ilə başlayır. Əhməd bəy qayıtdıqdan az sonra Azərbaycanda 1905-1907 ci il hadisələri başlayır. Erməni terroru bir sıra kəndlərin ( Umudlu faciəsi kimi) tamamilə yer üzündən silinməsinə səbəb olur. Şuşuda ,Bakıda ,İrəvanda baş verən hadisələrə səssiz qala bilməzdi Əhməd bəy Ağaoğlu- uzun illər Azərbaycanda olmasa da ruhu bu torpağa bağlı bir insan. Silahlı erməni birləşmələrinə qarşı müdafiə təşkilatı olaraq yarandı"Difai " . "Difai " öz qısamüddətli fəaliyyəti ilə Azərbaycanlıların əsas güc mənbəyinə çevrildi. Buna görə də bir müddət sonra çar Rusiyası "Difai " partiyasını bir təhlükə olaraq görməyə başlamışdı. Əsərdə bir çox siyasi məsələlərə toxunulur və Azərbaycan ziyalılarının mübarizəsi əks olunur.
Edebiyat & Roman
Difai FədailəriSabir Rüstəmxanlı · Qanun Nəşriyyatı · 025 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Mərkəzi komitə tərəfindən qadağan olunmuş əsər!
Puan vermedi·160 syf.··
2025 1. kitabı
·
1 saatte okudu
·
Okunma: 24 Ocak 2025 15:37
Körpüsalanlar əsəri qadın azadlığı, onun hisləri, duyğularına müasir baxış ilə diqqət çəkir. Əsərdə əsas hadisələr baş qəhrəman olan - Səriyyə və onun həyat yoldaşı Adil körpü salmaq üçün rayona getdikdən sonra başlayır. Kollec təhsili alan Səriyyə 19 yaşında kollecdə tanıdığı və sevdiyi Adil ilə ailə həyatı qurur. ( ən azından həmin vaxt belə düşünürdü) Rayona gəldikdə isə Səriyyə tamam fərqli cür fikirləşir. Onun gözündə öz peşəsini sevən Kərimxan Sultan cə Qərib dürüst ,şərəfli insanlar idi . Adil isə süni, saxtakar biri idi. Zamanla Səriyyə Adillə arasında olan fərqləri çox aydın şəkildə görür . Onu ,yoldaşları ilə yaxınlaşdıran bu körpü , Adillə arasında bir uçurum yaradır. Səriyyə əslində onu heç vaxt sevmədiyini anlayır. Səriyyə saf və təbiət qədər real və səmimi idi . Hislərini olduğu kimi deməyi bacarırdı. Bəlkə də buna görə də Səriyyə müyyən dövlərdə ədəbiyyatda "əxlaqsız" qadın olaraq şərh edilir. Hislərini düzgün ifadə edə bilməyən ,saxta, "xoşbəxt" görünməyə çalışan ailələr üçün həqiqətən də Səriyyə yaxşı nümunə deyildi! Alıntılar Təbiət böyük bir eşqlə yaratdığını eyni təntənə ilə də məhv edir. Və and içmişdim ki, əgər, özümdən asılı olsa, həyatımda heç bir acı xatirəyə yol verməyəcəyəm. Mən nənələrim kimi eləməyəcəyəm. Mən tamam ayrı cür yaşayacağam. Mən tamam başqa bir zamanın qızıyam. Mən süni peyk düzəldib maya buraxıram və bu peykin sürəti qarşısında zaman-məkan öz hökmünü itirir. Biz gələcəyə körpüsalanlarıq. Biz hələ çox körpülər salacağıq! Mən gələcəyə doğru hərəkət edərkən yaşayıram.
Körpüsalanlarİlyas Efendiyev · Uşaqgəncnəşr Nəşriyyatı · 1960746 okunma
Sədaqət simvolu Şükriyyə xanım Axundzadə
10/10
·294 syf.··
Beğendi
·
2024 17. kitabı
·
10 günde okudu
·
Okunma: 08 Eylül 2024 14:21
"Şükriyyə taleyim " romanı repressiya qurbanı olan böyük şairimiz Əhməd Cavad və onun həyat yoldaşı Şükriyyənin timsalında o dövrün acılarını, əziyyətlərini ,ayrılıqlarını özündə əks etdirir. Oxuduqca yazılanların həqiqət olduğunu unudur insan. Doğrudan da , insanlara bu qədər zülm edilib ?! Niyə?! Yazdıqlarına ,yaratdıqlarına görə ? ! Və bunları edən Bağırovlar, Atakişiyevlər özgələri deyildi, sapı özümdən olan baltalar qənim kəsildi millətinə. Onlar və bir çoxları repressiyanı irəli getmək üçün fürsətə çevirdi. Qabağa çıxmaq üçün isə onlar irəlidə olanları aradan götürməyi seçdi. Və sonda -ədalət öz yerini tapanda nadanlar bu etdiklərinə görə cavab verməli oldular. Düzdür ,bu cavablar nə Müşfiq, nə Cavadı, nə Ö. F. Nemanzədəni geri qaytara bildi, lakin onların qisasını aldı, yaralı ürəklərə az da olsa, su səpdi. İllər boyu gördüyü əziyyətlər ,işgəncələr qarşısında Şükriyyə öz ismətini ,insanlığını qoruyub saxlaya bildi. Hər kəsin sağ qalmaq üçün kimisə qurban verdiyi dövrdə o , həyat yoldaşından ayrılmadı. Bejanoğlu adı Şükriyyə xanım üçün bir qurtuluş olsa da, o ,Axundzadə olaraq məşəqqətli bir həyata razı oldu. Yaşadıqlarına cəza kimi yox ,bir imtahan kimi baxdı. Və bu qədər çətin bir imtahandan üzüağ çıxmağı bacardı. Romandakı tarixi hadisələr: Cümhuriyyətin qurulması və onun dağılmasını, sovet hakimiyyəti dövrünü əhatə edir. Bu hadisələr fonunda məhəbbət mövzusuna toxunulmuş, ailə , ailə dəyərləri , ailə bağlarının nə qədər güclü bağ olduğu öz əksini tapmış, dostluq, sadiq dostlarla yanaşı ,saxtakar insanlar, xəyanət, mənliyini satan insanların ikiüzlülüyü də romanda özünü göstərir.
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021216 okunma
8/10
·292 syf.··
2024 13. kitabı
·
8 günde okudu
·
Okunma: 31 Temmuz 2024 21:35
Əsərdə məktublarla nəql özünü göstərir . Baş qəhrəmanlar hər şeyə rəğmən həyatı sevir və doya-doya yaşamağa çalışır. Onlar üçün qızmar günəş də , qasırğa da , sakit dəniz də gözəldir . Hətta hamıya soyuq və bədbin görünən " əbədi qış " şəhəri belə onlara xoşbəxtlik gətirir, onlar istənilən şəraitə uyğunlaşdırmağa çalışır. Hansın məktubları insanlara yaşamaq üçün motivasiya verir . Müxtəlif çətinliklərə baxmayaraq həyat yaşamağa dəyər - onda kəşf ediləcək və öyrəniləcək çox şey var.
Mən Qayıdanda Evdə OlElçin Safarli · Teaspress Nəşriyyatı · 2020163 okunma
9/10
·80 syf.··
Beğendi
·
2024 12. kitabı
·
3 günde okudu
·
Okunma: 24 Temmuz 2024 12:48
Həyatda önəmsiz şeylərin arxasınca qaçarkən bizə lazım olanları, dəyərli olan şeyləri unuduruq . Əslində həyat çox sadədir, onu biz mürəkkəbləşdiririk. Daha çoxunun ardınca qaçaraq , kiçik məsələləri böyüdərək , sevgini , qayğıkeşliyi qəddarlıqla əvəzləyərək həm ətrafımızdakı varlıqların , həm də öz həyatımızı qəlizləşdiririk. Kitab məhz bu problem üzərində dayanır. "İnsan neyle yaşar?" kitabı qısa ibrətamiz hekayələrdən ibarətdir. Hekayələrdə insanların uzun illər boyu düşünüb cavabını tapmağa çalışdığı , hətta əksərən , bütün həyatları boyunca cavab tapa bilmədikləri sualların cavabları əks olunub . Hekayələri oxuduqca "İnsan nə ilə yaşar ?" , "nəyin uğrunda yaşayır ?", " xoşbəxtliyin sirri nədədir?" və s. kimi sualların cavabını görürsən . Kitab kiçik bir kitab olsa da , böyük dəyərə və insan üzərində uzunmüddətli təsirə malikdir. Hər kəsə oxumağı tövsiyə edirəm . Bu həyatı daha hüzurlu , daha xoşbəxt yaşamaq istəyən hər kəsin oxumalı olduğu bir kitabdır.
İnsan Neyle Yaşar?Lev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 2024234,2bin okunma