Fidan Əliyeva

Fidan Əliyeva
@Liyeva_0206
Bank işi
ŞDİHK
20 okur puanı
Mayıs 2024 tarihinde katıldı

Fidan Əliyeva

, bir kitap okudu
Puan vermedi·177 syf.·
23 günde okudu
·
2025 13. kitabı
Fyodor Dostoyevski
7.6/10 · 88,4bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅

Fidan Əliyeva

, bir kitabı okumaya başladı
Johann Wolfgang Von Goethe
7.5/10 · 149,9bin okunma
Cənnətin bu tərəfi
Onlar bir- birilərinə o qədər yaxınlaşıb bir bütöv oldular ki, artıq birdaha geriyə dönüş olmadı
Alıntı
10/10
·448 syf.··
Beğendi
·
2024 13. kitabı
“Çərpələng Uçuran” romanı yalnız bir dostluq və xəyanət hekayəsi deyil, həm də insanın vicdanı ilə apardığı uzun və ağrılı mübarizənin təcəssümüdür. Xalid Hüseyni bu əsərində oxucunu həm Əfqanıstanın faciəli tarixi ilə, həm də insan ruhunun ən gizli qatları ilə üz-üzə qoyur. Əsərin qəhrəmanı Amir uşaqlığını Kabilin köhnə küçələrində, zəngin ailədə böyüyür. Onun ən yaxın dostu isə evlərində xidmətçi işləyən Hazara millətindən olan Həsəndir. Çərpələng yarışları, uşaq oyunları və bir-birinə bağlılıq onların həyatını bəzəsə də, bu dostluğun dərinliyində gizli bir qeyri-bərabərlik dayanır: Amir sahibkarın oğlu, Həsən isə xidmətçinin balasıdır. Əsərin qırılma nöqtəsi çərpələng yarışında baş verir. Həsən Amirin uğuru üçün özünü fəda edir, lakin qarşılaşdığı zorakılıq anında Amir susur. Bu səssizlik isə onun bütün həyatına damğa vurur. Vicdanının səsini boğan Amir bir müddət sonra Həsəni uzaqlaşdırır, lakin yaddaşından və içindəki günahkarlıqdan qurtula bilmir. İllər keçir. Əfqanıstan işğala məruz qalır, Amir atasının yanında Amerikaya köçür. Lakin keçmiş daim arxadan onu izləyir. Vətənə qayıdışı Amirin öz vicdanı ilə son dəfə üz-üzə gəlməsi, Həsənin oğlunu xilas etməsi və “yenidən yaxşı olmaq” üçün cəsarət toplaması ilə nəticələnir. “Çərpələng Uçuran” oxucunu həm ağladan, həm də düşündürən bir romandır. Bu əsər bizə öyrədir ki: Günahdan qaçmaq olmaz, vicdan səsi hər zaman arxamızca gələcək. Həqiqi güc var-dövlətdə deyil, insanın sədaqətində və fədakarlığında gizlidir. Hər bir insanın həyatında “yenidən yaxşı olmaq” şansı var – əsas odur buna cəsarət tapasan...
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011192,2bin okunma
"Səndən ötrü, min yol"
Bax, molla nə öyrədir-öyrətsin, dünyada sadəcə bir günah var, bircə dənə. Bu da oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır. Sən adam öldürəndə, onun həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə, başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan.
Sayfa 25 - Əli və Nino Nəşriyyatı·Kitabı okudu
1000Kitap