Bu gün səninlə yollar ayrıldı,
Elə bilmə sənsiz öləcəyəm mən.
Evə çatan kimi bir çay süzəcəm,
Yanına da tort ilə lokum düzəcəm.
Balaca ayımı əlimə alıb,
Telefonda qorxulu,gözəl film açıb,
Ekrana çıxanda qorxunc məxluqat,
Ağlıma sən gəldin,"muşmula sıfat".
Burnumun ucu da yaman göynəyir,
Elə bilmə ki ha, darıxmışam mən.
İndicə mətbəxdə soğan doğrayıb,
Bişəcək aş üçün qovurmuşam mən.
Gəzirəm dostlarla,əylənirəm mən,
Elə bilirsən ki, yadıma düşürsən?
Ay yazıq,hələ bir soruş görək sən,
Heç Əzrailin belə yadına düşürsən?
Qulağımda son səsdə sevimli musiqim,
Əlimdə süpürgə rəqs edirəm mən.
Xəyalımda canlanır Alpen Goldlarım,
Dəliyəmmi qayıtman üçün sənə yalvarım?
Qısaca,əzizim,ƏLVİDA sənə,
Mümkünsə,bir də yolun düşməsin mənə.
Səhvən nə vaxtsa yolunu azsan belə,
Heç vaxt addımların gəlməsin mənə.