Lojiya MGL

Lojiya MGL
@Lojiya
Dünya imtahandır,biz isə tələbələr....
"Uşaqlıq günlərimə" -Şükürova Rüqəyya
Böyüməyi həvəslə gözləyirdik biz, Nə biləydik, böyüyər həmdə dərdimiz. İtən uşaqlığımı qaytarın geri, Qalmasın,bu gündən də ən kiçik bir iz. İstəmirəm, çəkmək dünya dərdini, Qoy çəkim yalnız mən bir gül rəsmini. Tək dərdimiz oyun və oyuncaq olsun, Unudaq keçmişin də hər bir sətrini. Ana laylalarıyla yatan uşaqkən, İnsan yalanlarıyla yatırıq indi. Bu necə bir dünyadır, axı, ilahi! Qardaş-qardaşa belə,güvənmir indi. İlk dəfə gözlərimə anam baxarkən, Sandım ki, sevgi duymaq elə bu imiş. Nə biləydim, ondan başqa baxan göz, Cəhənnəmə açılan bir qapı imiş. Kaş ki,uşaqlığıma dönəydim indi, Vallah,birdə böyümək istəməzdim heç. Bəlkə də, bilsəydim o keçmiş qədrini, Uşaqlığı bu qədər axtarmazdım heç. ~Şükürova Rüqəyya
Şiir
Reklam
YAD DAŞ
Bu gün səninlə yollar ayrıldı, Elə bilmə sənsiz öləcəyəm mən. Evə çatan kimi bir çay süzəcəm, Yanına da tort ilə lokum düzəcəm. Balaca ayımı əlimə alıb, Telefonda qorxulu,gözəl film açıb, Ekrana çıxanda qorxunc məxluqat, Ağlıma sən gəldin,"muşmula sıfat". Burnumun ucu da yaman göynəyir, Elə bilmə ki ha, darıxmışam mən. İndicə mətbəxdə soğan doğrayıb, Bişəcək aş üçün qovurmuşam mən. Gəzirəm dostlarla,əylənirəm mən, Elə bilirsən ki, yadıma düşürsən? Ay yazıq,hələ bir soruş görək sən, Heç Əzrailin belə yadına düşürsən? Qulağımda son səsdə sevimli musiqim, Əlimdə süpürgə rəqs edirəm mən. Xəyalımda canlanır Alpen Goldlarım, Dəliyəmmi qayıtman üçün sənə yalvarım? Qısaca,əzizim,ƏLVİDA sənə, Mümkünsə,bir də yolun düşməsin mənə. Səhvən nə vaxtsa yolunu azsan belə, Heç vaxt addımların gəlməsin mənə.
Komedi