Sevdiyin, hörmət bəslədiyin, yaxşı günlərdə səninlə çiyin-çiyinə addımlayan, süfrənin
başında əyləşən insanlar, dar gündə sanki, yoxmuşlar kimi buxarlanırlar. Onların birdən-birə gözdən itməsi adama vurulan qamçılardan, deyilən sözlərdən, acılardan daha çox incidir. Bu vaxt, heç tanmadığın və ya tanıdığın, lakin əhəmiyyət vemədiyin, yolda rastlaşdıqda başını azacıq tərpədərək salamlaşdığın biri səni
yerdən qaldırır, daşıdığın yükü çiyinlərdən atıb,sənə yardım edir.