"Bu kitabı Məmməd Əmin Rəsulzadə 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bir dostu ilə gizləndiyi Lahıc kəndində qələmə almışdır. İlk dəfə 1923-cü ildə Türkiyənin İstanbul şəhərində nəşr edilmişdir. Siyavuşun başına gələn hadisələr Cümhuriyyətin başına gələn hadisələr ilə müqayisəli şəkildə verilir, doğulması, həyatı, ölümü, hakimiyyətdə olduğu qısa müddətdə gördüyü işlər və s. Tarix təkərrürdən ibarətdir sözü bu kitab üçün uyğundur məncə."