Əvvəla hərkəsə salam olsun.Dəyərli H.O.S.Tçular sizə bir müraciətim var.Deməli mən bu kitabın pdf versiyasının olduğunu bilirdim.Və bir dəfə bu kitabı oxuyub bitirmişəm.Bugün isə ikinci dəfə oxumağa başlayanda səhifə 10'da müqəddəs günahkarlar bölümünü araşdırmaq istədim və google girib Bölümün başlanğıcında qeyd edilən "E. ə 4260-cı ildə Baş Kahin hər 5 tayfanın başçıs" qismini "m.ö(yəni milattan önce) 4260 kahin" şəklində türkəyə çevirib yazdım ki baxım bu məlumat haqqında nə bilgilər var internetdə.Qarşılaşdığım şey məni çox təəccübləndirdi. Bu kitabın eynisi Amin Mammadli-Şeytanın hikayesi adıyla türkcəyə çevirilmiş və obrazlarının adları dəyişdirilmiş versiyada qarşıma çıxdı.Birinci çox heyfsləndim ki bu kitab həqiqətən Qaraqanın kitabı deyil.Kimsə üzərində işləyib və Qaraqanın kitabıymış kimi təqdim edib internetə.Daha sonra yenidən axtarış elədim və bura gəldim.Bu kitabın nəşr edilmiş versiyasını,kitabın şəklini,cildini gördüm və soka düşdü.Dostlar doğurdan da nəşr olunub?Bilənlərdən artıq dərəcədə xahis edirəm mənə bu mövzuda məlumat versin.Qaraqan artıq yoxdu bildiyiniz üzərə.Bundan sonra da olacağına inamım çox azdı.Ona görə də onun gedəndə bizim üçün buraxdığı hər kitabı,kitabın hər sətrini,tracklərinin hər birini təkrar təktar oxuyur dinləyir,bunlsrın hər birindən nəticə çıxardıram."Həyatımın düzgün şəkildə formalaşmasının böyük bir hissəsini Qaraqana borcluyam" desəm yanılmaram.Fb.da adım da MadHouse əgər burdan yaza bilməsəz ordan yazın.Ama xahiş edirəm yazın.Sevgilər.