Əsas odur ki,özünüzü aldatmayın.Özü-özünü aldadan və bu yalana da qulaq asan o həddə çatır ki,daha heç nəyin fərqinə varmır,deməli,həm özünə,həm də başqalarına qarşı hörmətsizlik göstərir.O heç kəsə hörmət etmirsə,sevə bilmir,məhəbbət olmayan yerdə də özünü məşğul etmək və əyləndirmək üçün şəhvətə və yaramaz əyləncələrə qoşulur və artıq öz əməlləri ilə heyvan səviyyəsinə enir.Özü-özünü aldadan adam hamıdan tez incik düşür.Axı incimək bəzən çox xoşdur,elə deyilmi?