Maryam

Aqata Kristinin ilk detektiv romanı
9/10
·256 syf.··
Beğendi
·
2026 2. kitabı
·
4 günde okudu
·
Okunma: 09 Ocak 2026 16:10
Aqata Kristinin ilk əsəri olsa da, mənim fikrimcə, olduqca maraqlı bir əsər ərsəyə gətirib. Həmçinin, bu kitabda ilk dəfə detektiv Erkür Püaro ilə tanış oluruq. Əsər son səhifəsinə qədər marağını itirmir, hər yeni hadisə baş verdikcə qatilin kim olduğunu şübhə ilə düşünürsən ki, sonda qatil kim olacaq? Kitabın sonu isə həm gözlənilməz, həm də gözlənilən idi, bunun səbəbini isə oxucu özü başa düşəcək.
Staylzda Müəmmalı HadisəAgatha Christie · Qanun Nəşriyyatı · 04,196 okunma
Reklam
9/10
·104 syf.··
Beğendi
·
2023 5. kitabı
·
7 günde okudu
·
Okunma: 25 Şubat 2023 17:55
“Heyvanıstan” SSRİ dövründə qadağan olunmuş əsərlərdən biri olub. Səbəbini başa düşmək isə yəqin ki, əsəri oxuduqdan sonra çətin deyil. Əsərdə Sovet İttifaqı xüsusilə də Stalinin dövrü kəskin şəkildə tənqid olunur. Fikrimcə, bu tənqidlərə təkcə Stalin dövrünü deyil, bütün diktatura rejimini aid etmək olar. Alleqorik əsər olduğuna görə, burada heyvanlar əslində insanları təmsil edir. Əsərdə daha yaxşı, sərbəst, xoşbəxt həyat qurmağa çalışan donuz Napoleon da əslində öz diktatura rejimini qurmağa çalışan diktatorları (xüsusilə də Stalini) təmsil edir. Benjamin obrazı hər şeyi anlayır amma nəyisə dəyişməyə cəhd etmir. Üsyanı alovlandıran Qoca Mayor əsərin əvvəlində belə deyir: “Unutmayın ki, insana qarşı döyüşərkən axırda onlara oxşamamalıyıq. Əsər isə belə bitir: “Çöldəki heyvanlar donuzdan insana, insandan donuza və yenidən donuzdan insana baxdılar amma indidən hansının hansı olduğunu fərqləndirmək imkansız idi.”
Hayvan ÇiftliğiGeorge Orwell · Türkiye İş Bankası Kültür Yayınları · 2025296,2bin okunma
6/10
·120 syf.··
2023 4. kitabı
·
7 günde okudu
·
Okunma: 17 Şubat 2023 22:45
Əsərdə sevgi axtarışında olan 30-lu yaşlarda olan Aleksey özündən yaşca balaca kənddə yaşayan həkim qızı Yuliyaya aşiq olur və tanışlıqlarından çox keçməmiş evlilik təklifi edir. Hadisələr irəlilədikcə əslində bunun sevgi olmadığını özü də başa düşür. İmkanlı olaraq böyüməsinə baxmayaraq, özünü böyüdüyü ailəsində xoşbəxt hesab etmirdi və buna görə də, o xoşbəxtliyi məhəbbət və evlilikdə tapmağa çalışırdı. Bəs bu xoşbəxtliyi tapa bilirmi?
Üç YılAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 20185,9bin okunma
10/10
·80 syf.··
Beğendi
·
2023 3. kitabı
·
3 saatte okudu
·
Okunma: 10 Şubat 2023 17:25
Rus ədəbiyyatına hər zaman xüsusi marağım olub, xüsusən də Lev Tolstoyun əsərlərinə. Bu əsəri kiçik hekayə olsa da, ideyası çox mühümdür. Hər kəs dindar deyil və bəlkə də bu fikirlərlə razılaşmır, amma hamının razılaşdığı bir ortaq cəhət var: İnsanı yaşadan nədir? Sevgi, mərhəmət. Həm özümüzə, həm də ətrafımızdakılara qarşı olan sevgi bizi daha yaxşı insan olmağa sövq edir.
Hayat ve İnsan
İnsan Nə İlə Yaşayır?Lev Tolstoy · Qanun Nəşriyyatı · 2020234,1bin okunma