Jack London dan oxuduğum ilk kitab idi. Daha doğrusu dinlədiyim desəm daha doğru olar. Açığı səsli kitabın əvvəlindən sonuna qədər eyni dərəcədə olan heyrət hissi ilə qulaq asırdım. Səbəb isə yazarın sanki bir yarı it olan qurdun bədənində var olmuşcasına yaşam hekayəsini yazmağı idi. İnsanların heyvanlarını evcilləşdirmə sürəsi, onları verdikləri əzablar amma eyni zamanda fərqli insanlar tərəfindən gələn sevginin güvənsizliyi. Hər bir hissi ilk əldən anladırmış kimi idi.
Əvvəl ana qurdun vəhşiliyi həmin dünyanın güclü yaşar qanunu mənə çox yad gəlmişdi. Amma kitabı oxuduqca hələ də balaca bəyaz dişin böyüməyinə şahid olduqca vəhşi təbiətin qanunlarına hakim olurdun. Daha sonra onsuzda vəhşilik ilə qəddar olan bu dünyaya insan deyə bir varlığın gəlməsi qurdun yaratdığı dünyayı yenidən yaratmasına səbəb oldu. Qızıldərilər vəhşi dünyada yaşaraq o dünyanın gətirdiyi vəziyət və çətinlikləri eyni dərəcə güclü iradə və bəzan qəddarlıqları ilə qarşılayırdı. Bu dünyada yarı it olan qurdumuza sevgi və qayğı yox idi. Daha sonra isə qızıldərilərin də daha pis halı ağ insanlar ilə qarşılan qurd insanlara tamamilə nifrət elədi. Amma insanların fərqli olduğunu bilmirdi. Aralarında yaxşıların olduğundan xəbərsiz idi. Bu yaxşı insan ona sevgiyi öyrətdi. Heyvanda onsuzda insanlarla yaşaya yaşaya öyrəndiyi sayğı duyğusu var idi amma güvən duyğusu yavaş yavaş yarandı. Və bu qarşılıqlı münasibətləri elə bir səviyyə gəldi ki, yeni sahibi olmadan ölməyi seçəcək hala gəldi. Nə yaxşı ki, yeni sahibi onu özü ilə birgə isti ölkəsinə apardı. Burda da eyni dərəcədə özünü yeni qanunlara adeptə eləməyi öyrənməyə çalışdı. Bunları bir heyvanın öyrənməsi isə bəzən qışqırır bağırılmaqdan bəzən isə döyülmək keçirdi. Amma bu yeni dünyada necə sadiq bir dost olduğunu göstərdi və özünə yeni bir ailə