Fidan

Fidan

, bir kitap okudu
8/10
·288 syf.·
Beğendi
·
22 günde okudu
·
2022 26. kitabı
Ursula K. Le Guin
8.4/10 · 2.150 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Əlbəttə, doğrudur, bizim hamımız bu və ya digər şəkildə zədə alırıq. Əgər ideal valideynlər, bacı-qardaşlar, qonşular, dostlar arasında yaşamırıqsa, başqa cür ola bilərmi? Bu məqamda elə bir məsələ ortaya çıxır ki, onun həllindən şey asılıdır: biz aldığımız zədəyə necə reaksiya veririk, yəni onunla barışırıq, yoxsa boğuşuruq; o zədə ətrafımızdakılarla münasibətimizdə özünü nə cür göstərir? Bəziləri dözümlü tərpənib həmin zədəni ötüşdürməyə çalışırlar, bəziləri ömrünü oxşar taleyi yaşayanlara köməklik göstərməyə həsr edirlər, bir başqaları isə var qüvvəylə çalışırlar ki, bir daha o cür halla üzləşməsinlər. Bu sonuncular çox amansız olurlar - onlardan uzaq durmaq lazımdır.
Sayfa 54·Kitabı okudu
Tarix natamam yaddaşla sənəd-sübut qıtlığının üst-üstə düşdüyü məqamdakı əminlik duyğusu ilə yazılır.
Sayfa 23·Kitabı okudu
O zaman bizə elə gəlirdi ki, hansısa çəpərin arasında qalıb çürüyürük; sərbəst buraxılacağımız anı həsrətlə gözləyirdik. Həmin an gələndə isə həyatımız - elə zamanın özü də - iti bir axınla irəli şütüyəcəkdi. Haradan biləydik ki, dünyaya gələn gündən biz nələrisə qazanmış, nələrisə də itirmişik artıq! Bundan başqa, əgər lap bizi həmin çəpərin arasından buraxsalar da, bu dəfə daha geniş, əvvəl-əvvəl çox da hiss olunmayan yeni bir çəpərin arasına düşəcəyik.
Sayfa 16·Kitabı okudu
Saniyə əqrəbindən daha hökmlü nəsə varmı? Ancaq ani bir sevinc, yaxud ötəri bir kədər sayəsində anlayırıq ki, əslində, yavaşıyır, zaman xeyli üzüyoladır. O, bəzi duyğuların təsirindən bir başqa hissin təzyiqi ilə sürət götürür, hərdən də elə bil harasa yox olur, amma lap axırda birdəfəlik qeybə çəkilir.
Sayfa 9·Kitabı okudu