Əxlaq nəzər nöqtəsindən insan,görəsən,təbiət etibarilə xeyirxah,yaxud kinli varlıqdır?Onlardan heç biri,çünki öz təbiəti etibarilə insan heç də əxlaqlı varlıq deyil;onun ağlı bir və qanun anlayışları səviyyəsinə yüksələndə əxlaqlı varlığa çevrilir.Buna görə də,demək olar ki,insan əzəldən bütün qüsurlara meyilli olur,çünki şüur onu əxlaqlı olmağa sövq etsə də,o ,vəcdə gətirən meyillər və instinktlərə malikdir.Nəticədə o,yalnız xeyirxah olduğu halda,deməli,özünü məcbur etməklə əxlaqlı ola bilər.Düzdür,əgər şirnikləndirici hallar yoxdursa,o , günahsız ola bilər.