Vaxt gələcək, qızım,
meyvələr budağından düşməyəcək,
nə də solmayacaq,büzüşməyəcək,
yox,qızım,biz onu yeməyəcəyik,
yeməyəcəyik deyəndə ki,
hələ ye,ananın sevə-sevə dilimlədiyi almanı,
onda meyvələr daha dadlı,
sən onda tox və ağıllı olacaqsan...
Vaxt gələcək ,qızım ,
anlayacaqsan ki,atalar övladlarını ancaq sevər,
onlara yalan deməzdi.
Bunu çox-çox sonralar biləcəksən...
Danışmaq,ürəkdən danışmaq şeirin həqiqi adıdır:
qafiyələrin yoxluğu bunu hökmən təsdiqlər.
Amma hamı ürəkdən danışmır,məsələ də elə budur:
qafiyələrin varlığı da bunu təsdiqlər eyni qədər.