Məleykə Mikayıllı

Məleykə Mikayıllı
@Meleyke_ff
İki sevgi
Bəlkə də bezmisən, bəlkə bu, düzdür. Qorxuram həsrətin həqiqətindən. Məni məhrum elə haqlısansa sen, Ömrümün ən əziz səadətindən. Bəşər çoxdan bilir, mən niyə deyim, Vüsal əziz olur hicran zamanı, Bilirəm, duyuram dağıdacaqsan Könlümün zədəli ehtimalını. Nə könlün ağlayır, nə rəhmin gəlir, Bəlkə də dünyadan bir insan gedir. Bu, ölümlə həyat çarpışmasıdır: İkisi çarpışır, imtahan gedir. Mənə çox yad idi bu sızıltılar, İndi hakimidir onlar könlümün. Dağıt başdan-başa yaşanılmamış Üstünü, altını axmaq ömrümün.
Sayfa 165
Sevgi
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Nə bir dinib-danışırsan, Nə hal-əhval soruşursan, Bir ruh kimi dolaşırsan hər canda Allah. Sənsən hamının son andı, Sənsiz nə varsa,yalandı, Mələk də sənin qulundu, şeytanda Allah. Gözümüzü özün qapa, Göz yumunca haqqı tapaq, Hər ağızdan bir söz qopar son anda,《Allah!...》
Şiir