"İnsan varlığında olan Allah onun həqiqi vicdanıdır. Bu vicdan saxta vicdanı rədd edir; qığılcıma sönməyi qadağan edir; günəşi unutmamağı şüaya əmr edir; qəlbə əmr edir ki, əsl həqiqəti bu, həqiqətlə üz-üzə gələn yalançı həqiqətdən ayırsın. Bu, insanlıq çeşməsidir, qəlbin susmayan səsidir; bu, qəribə bir möcüzədir, bizim daxilimizdə olan sərvətin, bəlkə də, ən yaxşısıdır".
"Bəli,məsələ belədir. İnsanlar özlərini xəyali bir arzu üçün fəda edirlər; bu arzu özünü ona həsr edənlər üçün çox vaxt bir xülya olub qalır,lakin bu xülya - insan üçün mümkün olan ən möhkəm bir inamla əsaslandırılmış xülyadır."