Məleykə Mikayıllı

Məleykə Mikayıllı
@Meleyke_ff
Azərbaycan
Azerbaycan, 24 Aralık 2003
109 okur puanı
Ocak 2023 tarihinde katıldı
7/10
·304 syf.··
Beğendi
·
2024 12. kitabı
·
12 günde okudu
·
Okunma: 04 Temmuz 2024 09:22
#momo 8/10 ️Michael Ende'nin 1973-cü ildə nəşr olunan "Momo"əsəri təxminən 30 dildən yuxarı tərcümə edilmişdir.Əsər uşaq ədəbiyyatının çox sevilən kitablarının içərisində yerini almışdır. Böyük bir məmləkətin teatr xarabalığında yaşayan,haradan gəldiyini,ailəsinin kim olduğunu bilməyən hətta yaşını belə bilməyən Momo adlı balaca qızın hekayəsidir.Böyüklərin və kiçiklərin sevgisini qazanan Momo çox yaxşı dinləyicidir,o sadəcə bütün ürəyi ilə dinləyir və bununlada cansıxıcı düyünləri həll edir.Və bir gün hərkəsin zamanın oğrusu adlanan "Duman adamlar"peyda olunur və Momo onlarla mübarizə apararaq məmləkətin sakinlərini xilas etməyə çalışır.
MomoMichael Ende · Pegasus Yayınları · 201782bin okunma
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
9/10
·64 syf.··
Beğendi
·
2023 30. kitabı
·
5 günde okudu
·
Okunma: 14 Ağustos 2023 14:47
Halil Cibran 1923-cü ildə nəşr etdiyi "Ermiş" əsəri hərkəsin oxuyub bəyənəcəyi bir poetik üslubda qələmə alınmış fəlsəfi və mənəvi əsərdir. Qısa həcimli olan bu kitab,həyatımızda sözü keçən bir çox mövzudan bəhs edilmişdir. Sevgi,Evlilik,Uşaqlar,Dostluq,Sevinc,Kədər Azadlıq,Cinayət və Cəza,Qadağalar, Zaman,Hüzn,Din,Ölüm və s. bunun kimi bir çox suallara aydınlıq gətirilmişdir. :"Acılarınızın çoğu kendi seçiminizdir." :"Hakikati buldum" değil, "Bir hakikat buldum" deyin. "Ruhun yolunu buldum" demeyin, "Kendi yolumda yürürken ruhla karşılaştım" deyin. :"Neşeniz maskelerini çıkarmış kederlerinizdir." :"Aşk sizi çağırdığı zaman onu izleyin...Yolları zorlu ve dik olsa da. :"Belirsizlik ve şüphe her şeyin başlangıcıdır,sonu değil..."
ErmişHalil Cibran · İndigo Kitap · 201985,1bin okunma
6/10
·104 syf.··
Beğendi
·
2024 10. kitabı
·
24 saatte okudu
·
Okunma: 16 Haziran 2024 09:31
️Yazıldığı ildən bəri bir çox dildə çevirilən "Pollyanna" əsəri uşaq ədəbiyyatının şahəsərlərindən biri sayılır. "Balaca yaşda anasını itirən Pollyanna bir neçə il sonra atasının vəfatından sonra xalasının yanına yaşamağa göndərilir.Xalası yaxşı qadın olmasına rəğmən qatı bir qadındır,bacısı qızına baxmaq borcu olduğunu düşünür amma balaca Pollyannaya ehtiyac duyduğu sevgi və qayğını verə bilmir.Amma Pollyanna o qədər şən,sevimli,mehriban,gülər üz bir qızcığaz olduğu üçün yaşamaq onun üçün daha gözəl bir hala dönüşür.
PollyannaEleanor H. Porter · Türkiye İş Bankası Kültür Yayınları · 202411,4bin okunma
10/10
·415 syf.··
Beğendi
·
2024 8. kitabı
·
21 günde okudu
·
Okunma: 12 Mayıs 2024 21:22
Bir sözlə MÖHTƏŞƏM ÖTƏSİ BİR KİTAB! Hər kəsin mütləq həyatında bir dəfə şans verməli olduğu bir kitabdır. Yeni qərarların səbəbi olan bir şahəsər oldu mənim üçün, düşünürəm bu əsərin təsirindən uzun müddət çıxa bilməyəcəm çünki başlı başına insanın özünə yeniliklər qatacağı bir kitabdır.OXUYUN OXUTDURUN!
Psikoloji
Nietzsche AğladığındaIrvin D. Yalom · Ayrıntı Yayınları · 202469,8bin okunma
10/10
·200 syf.··
Beğendi
·
2023 13. kitabı
Dostoyevski tədqiqatçılarının dediyi kimi." Bütün dünyanın sevimli müəllifi olan F.Dostoyevski bu romandan başlayır." , "Gizlindən qeydlər" Dostoyevskinin dünyaya daha geniş müstəvidən baxdığı ilk romanıdır.Müəllifin yaradıcılığında açar rolunu oynayan bu əsərdə dünyada özünə yer tapmayan,Nə sənətlə,nə eşqlə,nə də digər şeylərlə ovuna bilən baş qəhrəmanın timsalında bəşər övladının yaşadığı çoxsaylı ruhi böhranları,ağrıları məşəqqətləri görəcəksiniz. Bu romanı oxuyarkən baş qəhrəmanın özünü,öz kimliyini,anlaması üçün necə durmadan qəlbinin dərinliklərinə,vicdanın labirintlərinə can atdığının şahidi olacaqsınız. _Əsərdə qoyulan sual budur:" İnsan özünü cəmiyyətin içərisindəmi anlamalıdır yoxsa,hər kəsdən uzaqlaşıb tənhalıqdamı? Xilas tənhalıqdadır yoxsa insanlar arasında öz yerini,ictimai mövqeyini müəyyənləşdirməkdədir?" Bəs bu çətin sualların həyati cavabları nədir?
Gizlindən QeydlərFyodor Dostoyevski · Parlaq İmzalar · 0159,2bin okunma