Bildiyim kimi, Siz həyatınızın otuz ilindən çox bir döv rünü intihar problemina həsr etmisiz. Bir çox elmi məqalələ- rin müəllifisiz. Hər halda, nədir axı intihar?
- Mən bu suala qısa olaraq həmişə belə cavab verirəm: Insan vəfat edərkən ölüm ona qonaq gəlir. İntihar edərkən isə əksinə, o, ölümə qonaq gedir... İnsan orqanizminin imkanları sonsuzdur. Bu imkanlar özlərini stress hallarında xüsusən qabarıq büruzə verir. İntihar cəhdi də həmin stress hallarının mütləq yox, əksər sonuclanmasıdır. Az hallarda bu cəhdlər öz bəhrəsini vera bilir, çox halda isə nəticəsiz başa çatır.