Bəlkə eyni şeirdə ölmüşük ikimiz də?
Hə?
Yox.
Mən şeir oxumuram.
Şair də deyiləm heç.
Üç beş cümlə yan-yana
Beş on səhifə.
Nə də ki sən şeir sevmirsən.
Amma yenə də bizi birləşdirən şeirlərdi.
"Bizə" yazdığım şeirlər.
Nə deməliyəm, ha?
Bu dəqiqə nə deməliyəm?
Hə bildim.
Yenə boş boş yalanlar uydurmalıyam.
Yenə planetlər.
Yenə uzaqlıq.
Yenə soyuqluq.
Əllərim sənə çatmırsa
Lənət olsun bütün o yollara.
Səsini eşidə bilmirəmsə
Nəyə lazımdı o böyük hayqırışlar?
Nəyimə gərəkdi mənim o ulduzlar?
Eyni planet bizə çox gəlirsə
Nəyimə lazımdı uzaqlıqlar?
Soyuqdu.
Çox soyuq.
Bilirsən?
Hə.