Ay Tanrıçası

Ay Tanrıçası
Dünyalıları öyrənmək
Saturn planeti
Ay, 1996
44 kütüphaneci puanı
307 okur puanı
Nisan 2016 tarihinde katıldı
8/10
·432 syf.··
Beğendi
·
2025 1. kitabı
·
587 günde okudu
·
Okunma: 15 Eylül 2025 22:54
Kitaba başlayanda o qədər axıcı idi ki, əlimdən yerə qoya bilmirdim. Hekayə maraqlı idi, tez-tez “görəsən indi nə olacaq?” deyə düşünürdüm. Amma sonra zaman dəyişdi, yeni obrazlar gəldi və bir az ipi qaçırdım. Araşdıraraq oxumağa davam etdim, amma yenə də o əvvəlki qədər əlaqəni tuta bilmədim. Yenə də Robbinsin dili, yumoru və həyatı fərqli bucaqlardan göstərməyi xoşuma gəldi. Məncə, bu kitabda ən maraqlı tərəf – adi bir mövzudan başlayıb səni həm güldürməsi, həm də düşündürməsidir. Fərqlilik üçün oxumaq olar. Oxuyacaq olanlara xoş mütaliələr..
Parfümün DansıTom Robbins · Ayrıntı Yayınları · 20196,4bin okunma
Reklam
Oxuyunca dəfələrlə öləcəyiniz bir yaşanmışlıq hekayəsi...
10/10
·210 syf.··
Beğendi
·
2023 13. kitabı
·
17 günde okudu
·
Okunma: 12 Kasım 2023 00:01
Kefsiz, üzgün olduğum günlərin birində iki kitab qarşıma qoymuşdum - "Yaşamaq" və "İnsanlığımı yitirirken". Biraz enerji verər deyə "Yaşamaq" adlı kitabı seçmişdim. Taa başından son nöqtəsinə qədər bu mövzuda yanıldığımı dəfələrlə üzümə vuruldu. Yaşamaq adı altında yaşanmamış bir ömürdən, həyatdan bəhs edir. Daha necə yaşamamaq olar? Ümid edirəm bu sualın cavabını öz "Yaşamaq" adlı kitabımızın səhifələrində tapmarıq. Fuguinin həyatına üzülməmək mümkün deyil. Son dəfə nə vaxt kitab oxuyarkən dərin üzüntü keçirdiyimi, göz yaşına boğulduğumu xatırlamıram. Bəlkə məndə uşaqlığımdan bəzi səhnələri xatırlatdığı üçün idi... O cür həyat keçirən Fuguinin belə yaşamaq üçün bəhanələri varkən .. Həyat, yaşamaq nə qədər çətin və üzüntülü olursa olsun, bunun üçün mübarizə aparmalı olduğumuxu xatırladır bizə kitab. Oxuyacaq olan şəxslərə xoş mütaliələr diləyir, mənfiyə fokuslanmamağınızı tövsiyə edirəm. Hər yaşanmamış bir həyatdan əldə ediləcək bir təcrübə vardır.
YaşamakYu Hua · Jaguar Kitap · 202670,1bin okunma
9/10
·168 syf.··
Beğendi
·
2023 12. kitabı
·
16 günde okudu
·
Okunma: 25 Eylül 2023 20:08
Dəyər anlayışı haqqında düşündüyüm zamanda qarşıma çıxan o kitab. Dəyər nədi? İnsanların istifadə etdikləei dəyər metodları, zaman-zaman səni dəyərsiz hissetdirən insanların davranış şəkli... o qədər şey tapırsan ki... Kitab oxumağın doğru zamanı olurmu, bilmirəm. Amma bu kitab o qədər doğru bir zamanda çıxdı ki qarşıma... Heç kimə sirr deyil ki, yaşadığımız mühit elə bir mühitdiki, çox az hallarda özünü dəyərli hiss edə bilirsən. Ona görə də şiddətlə oxumağınızı tövsiyə edirəm. İndidən xoş mütaliələr..
Düşünce
Değer mi?Çağatay Çakır · Destek Yayınları · 2023165 okunma
Kitabı açıq kitabxanada gördüm. Adı, üz qapağının dizaynı diqqətimi çəkdi. Bəlkə biraz mənfi enerjili, narahat olduğum üçün kitab biraz da mənfi enerji qatdı. İlk səhifələrindəcə dayandım.. Düşünürəm yazılış tərzi, hekayə dövrün tələbinə uyğun deyil. Daha çox 2000-lərin başlarında ibtidai siniflərdə sinifdənxaric oxu kitablarındakı hekayələri xatırladır. Hekayə kitabdan daha çox Wattpad yazısı kimi olsaydı və qalsaydı daha yaxşı olardı. Yazara növbəti yazıları üçün bol uğur arzu edirəm.
Allahsızlar ŞəhəriUraqan · Xan Nəşriyyatı · 2020230 okunma
10/10
·863 syf.··
Beğendi
·
2023 9. kitabı
·
113 günde okudu
·
Okunma: 23 Haziran 2023 14:58
"Birlikte yaşamış, sevmiş, birlikte yaşlanıp ölmüştük." Shantaram sizi Mumbayın səs-küylü küçələrində valehedici macəraya aparan inanılmaz bir kitabdır. Qreqori Devid Roberts tərəfindən yazılmış, qaçan məhkum Lin şəhərdə müxtəlif personajlar qrupu ilə qarşılaşdığı hekayəsindən bəhs edir. Shantaram möhkəmlik, sevgi və özünü kəşf mövzularını araşdırır. Uzunluğuna baxmayaraq, kitab maraqlı tempi ilə sizi valeh edir. Fərqində olmadan həyatımızda müəyyən bir iz buraxır. "Tıpkı benim gibi onlar da bir şeylerden kaçıyorlardı. Unutamadıkları ve yüzleşemedikleri bir şeylerden."
Düşünce
ShantaramGregory David Roberts · Artemis Yayınları · 20242,078 okunma
Reklam