Coetzee Şimali-Afrika doğumlu, linqivist, yazıçı, tərcüməçi və 2003-cü ildə Nobel mükafatı laureatıdır, həmçinin oğlumuz Booker Prize`a da iki dəfə layiq görülmüşdür. Coetzee ilə tanışlığımız Filologiya fakültəsində təhsil aldığım ədəbiyyat dərslərinin birinə dayanır, kitabın özünü oxumamış olsa idim də Barbarları gözləyərkən və Rüsyaçılıq əsərlərinin analizlərini etmişdik və o vaxtdan oxunacaqlar siyahımda idi. Daha sonradan yollarımız bir daha kəsişdi və ilk `Barbarları gözləyərkən`, daha sonra isə `Maykıl K.-nın həyatı və zəmanəsi` ni oxudum.
Coetzee`nin özünəməxsus yazı üslubu var, sanki obraz səninlə söhbət edir. Bir növ Zwieg`a bənzəsə də, Coetzee`də daha kəmşirin bir dad var.
`Barbarları gözləyərkən` 1980-ci ildə `Penguin` nəşriyyatında çap olunub və `Great Books of 20th Century` seriyasına aiddir. Yazıçı kitabın adını yunan şairi Constantine P. Cavafy`nin eyniadlı şerindən götürmüşdür. Baxmayaraq ki, mənə davamlı olaraq Samuel Beckettin `Waiting for Godot`u xatırladır. Əsərdə yerli əhali davamlı olaraq Barbarların hücumunu gözləyirlər, amma barbarlar həqiqətdə varmı? bundan belə xəbərsizdirlər. Əslində isə `barbarlar`, əzəli düşmən cəmiyyəti nəzarət altında saxlamaq üçü n uydurulmuş xəyali varlıqlardır. Əsərdə köləlik psixologiyası araşdırılır və `yox` cavabı almamaq üçün əl atılan ucuz oyunlardan bəhs edilir.
`Maykıl K.-nın həyatı və zəmanəsi` 1983-cü ildə çap olunub və `Booker Prize` mükafatına layiq görülmüşdür. Əsər Maykıl K adlı bir obrazın 1970-80-ci illərdəki vətəndaş müharibəsi zamanı Cape Town`dan anasının doğulduğu kənd Prince Albert`ə olan səyahətindən bəhs edir. Maykıl K obrazı tənqidçilər və ədəbiyyatçılar tərəfindən Kafka`nın Qəsr əsərindəki obraza bənzədilir. Amma üslub cəhətdən çox da əlaqə görməsəm də, ümumi ümidsizlik, baş verən