☞Mehdi Quliyev☜

☞Mehdi Quliyev☜
@Mixaylo313
İyyəkə nəabudu və iyyəkə nəstəin. (Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik)
AGF
Fitness
Baku, Azərbaycan
Baku, Sumqayıt, 10 Eylül 2000
61 okur puanı
Nisan 2022 tarihinde katıldı

☞Mehdi Quliyev☜

, bir kitap okudu
9/10
·96 syf.··
Beğendi
·
2025 3. kitabı
Cafer Cabbarlı
8.9/10 · 567 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Cəmiyyətin çox hissəsi üçün intihar zəifliyin ən son həddidir. Bəzi insanlar belə düşünür ki, intihar etmək bir növ məğlubiyyətdir – həyatın çətinlikləri qarşısında əyilən, dözə bilməyən, öz həyatını idarə etməkdə aciz olan bir insanın qaçışıdır. "İntihar edən insan ağılsızdır, iradəsizdir," deyirlər. Bu sözləri rahatca səsləndirmək, kənardan baxaraq başqalarının ağrısını qiymətləndirmək, onların mübarizəsini etinasızlıqla məhkum etmək, sanki, çox asandır. Amma mən fərqli düşünürəm. Mənim üçün intihar nə zəiflikdir, nə də sadəcə bir qərarsızlıq. Əksinə, intihar edən insan, hər şeyi geridə qoymağı, bütün tanış çərçivələrdən, dəyərlərdən, qorxulardan və ümidlərdən imtina etməyi seçən biri olaraq, həddindən artıq güclüdür. Bəli, bu güc məhz həyatın çətinlikləri ilə döyüşmək üçün deyil, ondan qurtulmaq üçün sərf olunur. Əbədi bilinməyənə addım atmaq, hər kəsin yapışdığı o həyat ipini buraxmaq inanılmaz bir iradə tələb edir. Amma bu güc bizi çaşdırır. Cəmiyyət olaraq biz yalnız yaşamağa və mübarizə aparmağa alışmışıq. "Güclü insan hər şeyə baxmayaraq davam edir," deyə öyrədilmişik. Lakin davam etməyəndə necə? İrəliləməyənlər, durmaq və ya başqa bir yola çıxmaq istəyənlər yanlışmı edir? Yoxsa biz yalnız öz qorxularımızı başqalarına yükləyirik? İntihar edən insanı zəif və ya güclü adlandırmaq, onun qərarını səthi bir mühakimə ilə dəyərləndirmək sadəcə böyük bir ədalətsizlikdir. Çünki intihar, çox zaman ruhun çıxılmaz bir yolda olduğunu göstərir. Bir tərəfdə sonsuz ağrı, digər tərəfdə isə heçlik durur. İnsan üçün hər şeyin bir mənası itəndə, intihar bu mənasızlıqdan çıxış kimi görünür. Bu, nə zəiflikdir, nə də güc; bu, sadəcə bir seçimdir – bəlkə də ən acı, ən sarsıdıcı seçim. Biz insanlar bu seçimi başa düşməkdə çətinlik çəkirik, çünki həyatın özünə bağlılığımız çox dərindir.
Duygu ve Düşünce
Brief an der Vater
8/10
·57 syf.··
Beğendi
·
2025 2. kitabı
Kafkanın "Atama Məktub"u yazıçının atasına yazdığı məktubdur və onun şəxsi həyatını, ailə münasibətlərini və kimlik böhranını dərindən əks etdirir. Məktub Kafkanın atasına olan zəiflikləri, inciklikləri və qəzəbini açıq şəkildə ifadə etdiyi bir manifest kimidir. Kafka bu məktubda atasının hegemonik şəxsiyyətini və onun varlığına qarşı olan dərin qorxusunu təsvir edib. Atası Kafkanın gözündə öz varlığı ilə bir növ hakimiyyət simvoluna çevrilmişdir. Franz atası ilə olan münasibətində özünü hər zaman yetərsiz hiss etmiş, öz dəyərini atası ilə müqayisədə tapmağa çalışmışdır. Məktubda yer alan ən əhəmiyyətli motivlərdən biri ata və oğul arasındakı əlaqənin "gücü" və "gücsüzlüyü"dür. Franz atasının daha çox fiziki güc və kəskin sözlərlə özünü var edərək oğlunu özünə bağlamasından bəhs edib. Bununla yanaşı, özünün "gücsüz" olduğunu və atasının yanında daim bir boşluq hissi ilə yaşadığını yazıb. Oğul, bir tərəfdən atasının təkcə iradə gücündən deyil, həm də ondan gələn emosional təzyiqdən qaçmağa çalışır. Franz məktubda həm də bir növ özünü izləyən, özünü fərqləndirməyə çalışan bir insan olaraq özünü təqdim edib. Məktub ümumilikdə insanın ailə və cəmiyyət içindəki yerini tapmağa çalışmasında, özünü formalaşdırmağa cəhd etməsindəki mübarizəni təmsil edir.
Edebiyat
Babaya MektupFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 202254,1bin okunma
Evlilik korkusunun bazen, kişinin kendi ebeveynine karşı işlediği günahlarının acısını ileride kendi çocuklarının ondan çıkaracağı yolunda duyduğu endişeden kaynaklandığına dair bir görüş vardır.
Sayfa 52 - Türkiye İş Bankası Kültür Yayınları·Kitabı okudu
Alıntı
Mesele, çocuklarına vereceğin herhangi bir ders değil, örnek bir yaşamdı.
Sayfa 37 - Türkiye İş Bankası Kültür Yayınları·Kitabı okudu
Alıntı