Ziyəddin Şahmarlı

Ziyəddin Şahmarlı
@Mr_azygos
Yaşamını anlamlı kıl...
Nədir Dostluq? Kimdir Dost?
Puan vermedi·120 syf.··
2024 7. kitabı
·
15 saatte okudu
·
Okunma: 12 Şubat 2024 10:38
Markus Tullius Sisero - Qədim Romalı natiq, filosof, siyasi xadim, hüquqşünas və siyasi nəzəriyyəçi. Əsərində bacanaqların qayınata ilə "dostluq" mövzu başlığı altında keçən söhbətilə dostluğu ələ alır. Beləki qayınata həyat təcrübəsindən, öyrəti və yaşanmışlıqlarından yola çıxaraq məsələyə aydınlıq gətirir. Söhbət boyunca dostluğun önəmi, yararları, dost olan tərəflərdəki xüsusiyyətlər, təsir edən faktorlar, uzunmüddətli dostluq üçün edilməsi gərəkən təməl davranışlar və bu kimi bir çox məsələyə toxunulur və yararlı məlumatlar verilir. Xüsusilə zamanımız insanına "dost" , "dostluq" kimi anlayışların nə olduğu, necə qurulması, nələrə diqqət edilməsi və sürdürülməsi yönündə öyrədici əsər olduğunu düşünürəm. Xoş mütaliələr.
Felsefe
Dostluk ÜzerineMarcus Tullius Cicero · Türkiye İş Bankası Kültür Yayınları · 20253,395 okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
İnanc Ümid Sevgi
Puan vermedi·636 syf.··
2024 6. kitabı
·
6 günde okudu
·
Okunma: 11 Şubat 2024 13:39
Belə, belə işlər...Düşünən və sorğulayan insanın maraqlı hekayəsi... Raskolnikovun düşüncəsində qurduğu cəza formu, adi/qeyri- adi insan anlayışı və özəllikləri, dindarlığa olan münasibəti, insanları oxuma qabiliyyəti... Ümid, İnanc və Sevgini yaşamın təməl daşları olaraq ələ alan Raskolnikov, ümid və inancını itirdikdən sonra Sevgisinə tutunaraq intihar etməyən "dəli" Ailəsi uğruna həyatını heçə sayan bacısı və Sonya, daim yanında olan dostu, hər cür cinayətdən çəkinməyibdə sonda nakam sevgisi uğruna intihar edən Svidriqaylov və.s Maraqlı, axıcı, bir çox mövzuda düşünməyə vadar edən əsər... Xoş mütaliələr
Edebiyat
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013194,4bin okunma
Dəlilik nədir?
Puan vermedi·68 syf.··
2024 5. kitabı
·
12 saatte okudu
·
Okunma: 08 Şubat 2024 21:29
Dəlilik var olan zəkanın məhvimidir?, öyrəşilmişin xaricində davranışlar göstərən birinə verdiyimiz anlamdırmı?, düşüncə zirvəsinə qalxarkən yalnızlaşmadırmı?...? Əsər "dəli düşüncəsi" üzərindən bir çox cavab axtarışına aparır... Hansıki həmin suallar// ruhun ölümsüzlüyü, acını görməzdən gəlmək və ondan həzz almaq, zəka səviyyəsinə görə insanlara dəyər vermək, maddə və məna arasındakı bağ və.s Xüsusilə əsərdə stoacı fəlsəfə mövzusunda dialoqların olması, həmin fəlsəfənin yaşadıqları həyata tətbiqi kimi müzakirələr daha da anlamlı və düşündürücü idi. Oxuyun, düşünün, dəli olun:)
Edebiyat
Altıncı KoğuşAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 202687,3bin okunma
Puan vermedi·88 syf.··
2023 18. kitabı
·
16 günde okudu
·
Okunma: 10 Haziran 2023 20:31
Marcus Aurelius- Roma imperatoru eyni zamanda stoacı fəlsəfəcilərdən biri... Əsərində insan xoşbəxtliyinə gedən yolu, xoşbəxtliyin sirlərini və bunun üçün nələr etməli olduğumuzu qələmə alıb. Beləki insan yaşamının necə əsrarəngiz və dəyərli olmasını, yaşamımızın keçici olduğunu- bu səbəbdən yaxşı mənada qalıcı iz qoyaraq yaşamamızı söyləməyə çalışan filosof bunun əsas təməlini sadəlikdə görür. Kitabı oxuyaraq stoacı fəlsəfəni və həyatın hər bir mövqeyində necə istifadə edildiyini anlamaq mümkündür. Xoş mütaliələr...
Edebiyat
Unutma Mutlu Bir Hayat Çok Az Şeye BağlıdırMarcus Aurelius · Destek Yayınları · 20203,777 okunma
Puan vermedi·151 syf.··
2023 13. kitabı
Salamlar... Bu dəfəki kitab "şəxsi inkişaf" adı ilə anılan terapiya kitablarından olacaq Əsər insan düşüncəsinin həyatında əsas rol oynadığını ələ alır. Belə ki düşüncələrimiz yaşamımızı, davranışlarımızı, hadisələrə baxış tərzimizi şəkilləndirməkdədir.Bu məğz üzərində qurulub və təkrari eyni düşüncə üzərində yazılıb. Həyatımızda zaman-zaman çətin dönəmlər olur, hansı ki həmin anlarda dəstəyə ehtiyac duyur, toparlanmaq istəyirik. Zənnimcə, bu kitab da elə tərz oxunma üçün yararlı ola bilər. Hansıki bu tərz kitabları elədə sevmirəm.Yenə də maraqlı gəldi və oxumağı qərara aldım( almaz olaydım)). Oxuyacaq olanlara xoş mütaliələr...
Düşüncenin GücüJames Allen · Koridor Yayıncılık · 20084,981 okunma