Cek Londonun “Martin Eden” romanı fərdi inkişaf, sinfi mübarizə, təhsil və cəmiyyətin insan dəyərlərinə münasibəti kimi mövzuları əhatə edir. Əsərin əsas ideyası insanın öz istedadı və zəhməti ilə uğur qazanmağa çalışması və bunun nəticəsində yaşadığı daxili böhran üzərində qurulub.
Martin Eden yoxsul və savadsız bir dənizçidir. O, təsadüfən zadəgan ailəsindən olan Ruf adlı bir qızla tanış olur və ona vurulur. Rufun intellektual dünyasına heyran qalan Martin təhsil almağa və yazıçı olmağa qərar verir. O, böyük çətinliklərə baxmayaraq öz üzərində çalışır, kitablar oxuyur və yazılar yazır. Ancaq uğur qazanması uzun müddət çəkmir və bu müddət ərzində cəmiyyətin onu qəbul etmədiyini hiss edir. Axırda Martin məşhur yazıçı olur, lakin bu dəfə də cəmiyyətin ona verdiyi süni dəyərlərdən iyrənir və həyat mənasını itirir.
Martin Eden fərdi mübarizə və özünü yaratmağın simvoludur. O, həm də Cek Londonun öz həyatından ilhamlanmış bir obrazdır. Ruf burjua cəmiyyətinin və səthi mədəniyyətin simvoludur. Onun sevgisi ancaq Martin uğur qazandıqdan sonra gerçək olur. Dəniz və okean azadlığın və insanın təbiətə qarşı kiçikliyinin rəmzidir. Axırda Martin özünü dənizə ataraq həyatını sonlandırır.
İnsanın özünü formalaşdırması və dəyişməsi əsərdə əsas ideyalardan biridir. Martin özünü tamamilə dəyişdirir, ancaq nəticədə daxili boşluğa düşür. Cəmiyyət yoxsul və savadsız olanda onu dəyərsiz görür, amma məşhur olduqdan sonra ona hörmət edir. Ruf başda ona dəyər vermir, amma uğur qazandıqdan sonra dəyişir. Bu, sevginin səmimiliyini sual altına qoyur. Martin əvvəl idealist və romantik düşüncələrlə yaşayır, amma axırda reallıq onu tamamilə dəyişir.
Cek Londonun dili təsviri və realistdir. O, Martin Edenin daxili düşüncələrini və inkişafını çox detallı təsvir edir. Əsər təkcə bir insanın uğur
Azad olmaq asan deyil. Köləlik daha asandır. Kölə özünü başqasının iradəsinə tapşırar, bununla da iş bitər. Azad adam isə, əksinə, başqasını düşünməklə üstünə yük götürər.
Monarxiyaların olmadığı bir dövrdə Makiavellinin Hökmdar əsəri nə qədər vacibdir?
Nikolo Makiavelli 15,16- cı əsrlərdə yaşamışdır. Yaşadığı dövrdə öz dövləti də daxil olmaqla monarxiyaların sayı çox idi, və onun “Hökmdar” əsəri həmin dövr üçün olduqca əhəmiyyətli idi. Bəs indi necə, Makiavellinin “ Hökmdar” əsəri nə qədər vacibdir ?
Makiavellini digər filosoflardan fərqləndirən cəhət onun artıq 5 əsrdir ki fikirlərinin heç də birmənalı qarşılanmamasıdır. Makiavellinin sözügedən əsəri işıq üzü gördükdən bəri siyasətdə ikiüzlülüyü, xəyanəti və cəmiyyət içərisində mənfi olaraq qəbul edilən bir neçə xüsusiyyəti təbliğ edir. Bu məşhur intibah dövrü diplomatının yazdıqlarının günümüz üçün nə qədər önəm ərz etdiyini daha yaxşı anlamağımız üçün, gəlin biraz daha təfsilatlı danışaq.
Makiavelli deyir ki; insanlar hökmdar olmaq istəyirlərsə özlərindən qabaq yaşamış dahi şəxsiyyətlərin həyatına baxmalıdırlar, və onlardan ən ləyaqətlilərinin yolu ilə getməlidirlər.İnsanlar öz işlərini talehin hökmünə buraxmamalıdırlar, doğrudur insan bütün həyatını özü idarə edə bilməz amma bunun yarısı yaxud yarıya yaxın bir hissəsi insanın öz əlindədir və Florensiyalı dövlət xadimi bir daha vurğulayır ki, talehin ümidinə daha az bel bağlayanlar daim zəfər çalmışlar. Bu fikrlərin özü nəyinki günümüz üçün, bütün dövrlər üçün keçərli bir haldır, öz işlərini şansa buraxan insanlar və hökmdarlar, gec-tez məğlubiyyətə düçar olacaqlar. Makiavelli daha bir maraqlı mövzuya toxunaraq yazır ki, insanların yaxud xalqların başına pis işlər gəlməli, onlar uzun müddət əziyyət çəkməlidirlər ki, daha sonra xoş gün görsünlər. Makiavelli buna yetəri qədər nümunə göstərir. Bəni-İsrailin Misirdə zülm və əsarət altında yaşaması lazım idi ki, köləlikdən qurtulmaq üçün Musanın arxasınca getməyə razı olsunlar. Romul
HökmdarNiccolo Machiavelli · Qanun Nəşriyyatı · 201820,3bin okunma