Pul biz insanlara lazımdır. Həm də təkcə yemək üçün yox ha , geyinmek, ev, maşın sahibi olmaq, dünyanı gəzmək üçün ... Hə... Təkcə bunlar üçün də yox... Bir-birimizi əzmək, alçaltmaq, öldürmək üçün də pul lazımdır bizə.
Kukla qızlar üçün ən zəruri ehtiyaclardan biridir. Kuklani bələyə-bələyə körpə uşaq balaca qıza , balaca qız böyük qıza, böyük qız isə qadına çevrilir. Onun ilk uşağı - sonuncu kuklasıdır.
Bu ürək parçalayan mənzərəni yalnız Tanrı görürdü. Bunu, əlbəttə, anası da görürdü.Çünki dünyada elə şeylər var ki, ölüləri də məzardan ayağa qaldırır.