Narmin Pashazade

Narmin Pashazade
@NarminPashazade
"Çok fazla kitap. Çok az yüzyıl."
7/10
·176 syf.··
2025 33. kitabı
·
87 günde okudu
·
Okunma: 31 Mayıs 2025 16:25
Days at the Morisaki Bookshop kitabının dəvam kitabı idi. İlk kitabı oxuyub çox bəyənmişdim və nisbətən daha yadda qalan və insanlara tövsiyyə etdiyim bir əsər olmuşdu. Lakin ikinci kitab niyəsə əlimdə çox süründü. Təxminən 86-87 günə bitirdim bu qısacıq əsəri. Buna başladığım gündən etibarən 27 fərqli kitabı bitirdim ama bunu yox. İlk kitabın sonunu oxuduqdan sonra bir dəvam kitabı yazılacağını düşünməmişdim çünki bir nöqtədə obraz inkişafı; problemlərin həlli və s. kimi maraq nöqtəsi yaradacaq mövzuları artıq görmüşdük. İkinci kitab çıxdığını gördükdə şans vermək istədim. Yenə obrazlarımızın həyatının gedişatını oxuyuruq ama bu dəfə kənar obrazlarında daxili dünyası və həyatına daha yaxından baxırıq. 7 bal verməyimin səbəbi kitabın pis olması deyildi sadəcə ilk kitab qədər iz qoymadı məndə. Qısa bir müddətdə oxumaq istəyəcəyim qədər marağımı çəkmədi gedişat. Həmçinin bu qədər uzun müddətdə oxumaqda kitabın dadını qaçırdı. Lakin yenə də sevimli obrazlarla yenidən bir araya gəlmək, o kitabxanada onlarla birlikdə günlər keçirmək xoş idi. Əgər Days at the Morisaki Bookshop bəyənmisinizsə bir şans verin ama gözləntilərinizi aşağı tutun.
1000Kitap
More Days at the Morisaki BookshopSatoshi Yagisawa · Manilla Press Publishing · 202415 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
9/10
·208 syf.··
Beğendi
·
2025 14. kitabı
·
4 günde okudu
·
Okunma: 28 Şubat 2025 18:15
Bir müddətdir müasir Yapon ədəbiyyatını oxumaqdan çox zövq alıram. Murakamidən sonra Yapon ədəbiyyatının mənə görə olmadığı kimi yanlış bir fikrə qapılmışdım, lakin sonradan bu qədər gözəl əsərlərlə tanış olmaq şansı əldə etdim. Sweet Bean Paste Days at the Morisaki Bookshop və s. kimi kitabları oxuduqdan sonra PDF formatında yeni əsərlər axtarmağa başladım. Bu axtarış zamanı qarşıma The Lantern of Lost Memories çıxdı. İlk olaraq kitabın üz qabığı diqqətimi çəkdi. Son zamanlarda, kitablar haqqında heç bir fikir sahibi olmadan oxumaq və mövzunu özüm kəşf etmək, oxumağa olan sevgimi daha da artırır. Bu əsərə də eyni yanaşma ilə başladım. Həmişə deyilən “Öləndə gözlərimin qabağından bütün həyatım kino kimi keçdi” fikrinin üzərinə qurulmuş bir əsərdir. Təsəvvür edin ki, ölmüsünüz və bir foto studiyada gözlərinizi açırsınız. Qarşınıza həyatınızın hər günündən bir neçə şəkil qoyulur və siz hər il üçün yalnız bir şəkil seçməlisiniz. Seçdiyiniz şəkillər isə gözlərinizin qabağından keçəcək son xatirələriniz olacaq. Necə də maraqlı bir mövzu! Əsər özü də mövzusu qədər gözəl işlənib. Ümumilikdə üç fərqli insan bu studiyaya gəlir və biz onların xatirələri vasitəsilə qısa da olsa həyat hekayələrinə nəzər salırıq. Və əlbəttə ki, studiyanın sahibi olan bir adam da var. Onun isə bütün xatirələri silinib. Əlində sadəcə tək bir şəkil var. Onun işi isə insanları son yolçuluqlarına yola salmaqdır. 3 insanı oxuyarkən onu da tanımağa çalışırıq. Oxumağa dəyər, maraqlı və axıcı bir kitab idi.
Edebiyat
The Lantern of Lost MemoriesSanaka Hiiragi · Grand Central Publishing · 20245 okunma
8/10
·352 syf.··
2022 4. kitabı
·
9 günde okudu
·
Okunma: 13 Ocak 2022 16:19
" Yazılanı anlamıyorsan yazılmayana bak" Georges Perec uşaq yaşlarındaykən valideynlərini itirən Farnsız əsilli bir yazardır. İllərcə içində daşıdığı valideynlərindən qalan bu boşluq hissini, bir roman yazıb, həmin əsərdə tək bir hərfi yox etməklə əks etdirməyə çalışıb. Və həmin kitab elə bu "Kayboluş" əsəridir. 350 səhifə boyunca tək bir dəfə belə "e" hərfi istifadə edilməyib. Qeyd edim ki, Fransız dili "e" hərfinin ən çox istifadə edildiyi dillərdəndir. Kitab həmçinin Türk dilində də bu hərf istfadə edilmədən tərcümə edilib. Kitab nə qədər zədələnmədən ilərləmiş olsa belə, bəzən bu hərfin yoxluğunu hiss etdim. Çünki söz ehtiyatının sərhədlənməsi elə bir zərurət yaradıb ki, tərkibində e hərfi olan bir sözün sinonimini tapmalıdırlar. Bu da bəzi hisslərin mənim üçün anlaşılmasını çətinləşdirdi. Georgec Perec bu kitaba başlayarkən, onun oxunacağını, səs gətirəcəyini, və Fransız ədəbiyyatı üçün önəmli bir yer tutacağını düşünmürmüş. Ama təxminlərində yanıldı. Hətta əsəri yazarkən bir yerdən sonra improvizasiya edərək dəvam etdiyi bilinir. Adı kimi əsər boyu itmiş bir obrazın (və ya obrazların) axtarışında oluruq. Süjet xəttinin qarmaqarışıqlığı ilə növbəti səhifəni təxmin etməyiniz imkansız bir hal almağa başlayır. Rahatlıqla izah edilə biləcək, dəqiq bir süjet xətti olmayan; bir abzası bəlkə də təkrar təkrar oxumalı olacağınız; hətta anlamaq üçün kitabı başdan sona iki dəfə oxumağımızı gərəktirən, lakin heç vaxt bənzərini tapa bilməyəcəyiniz qeyri adi bir kitabdır "Kayboluş". "Mütləq oxuyun sizə çox şey qatacaq" deyə tövsiyyə edə biləcəyim bir kitab deyil. Ama dəqiq xatırlamadığım özsöz ya sönsözdə deyildiyi kimi: " mütləq ki kitabı bağlayıb kənara qoyduqda Georgec Perec'in bir cümləsi, sözü, bir hissi hər zaman sizinlə dəvam edəcək." Bu kitab sizə ən azı tək bir parça
Edebiyat
KayboluşGeorges Perec · Ayrıntı Yayınları · 20181,321 okunma
10/10
·200 syf.··
Beğendi
·
2022 48. kitabı
·
8 saatte okudu
·
Okunma: 18 Mayıs 2022 01:14
Bir Kafe təsəvvür edin. Burada bir stulda əyləşdikdə, 1 dəfə keçmişə getmə haqqınız var. Kiminlə görüşmək istərdiniz? Bunun üçün əməl etməli olduğunuz bir sıra şərtlər var: Görmək istədiyiniz insan mütləq daha əvvəlcədən həmin kafeni ziyarət etmiş olmalıdır; Keçmişdə edəcəyiniz heç bir şey indiki zamanı, yaşananları dəyişməyəcək; Keçmişə gedəcəyiniz müddət qəhvənizin fincana doldurulduğu andan etibarən axmağa başlayır. Və başqa bir çox qayda. Ən önəmlisi isə qəhvəniz soyumadan əvvəl qayıtmalısınız. Hələ də qayıtmaq istəyirsiniz? "Değiştiremeyeceğim şeylere o kadar odaklanmıştım ki en önemli şeyi unuttum." Kitabla təsadüfən yeni kitab axtarışında olarkən qarşılaşdım. Həm Yapon ədəbiyyatından, həm də Toshikazu Kawaguchi'dən oxuduğum ilk roman idi. Oxumağa başlayarkən böyük gözləntilərim yox idi. Ama gəl gör ki, bu ilin müqayisəsiz ən favorit kitabı oldu "Kahve soyumadan önce". Mövzusu ilə, süjet xətti ilə, sizi düşündürüb özünə çəkən mükəmməl bir əsər. İlk səhifədən son səhifəyə qədər mükəmməl bir duyğu axışı ilə oxudum. Kitab 4 əsas hissədən ibarətdir. Bir birləri ilə həyatları bir yerdə kəsişən, lakin 4 fərqli insanın keçmişə gedişini, peşmanlıq, sevinc, və kədərlərinə şahid oluruq. Hər bir əsər hər oxuyucuya fərqli bir təəssürat bağışlayır. Bu kitabı oxuyarkən mənim ağlımda dolanan əsas fikir bu idi. "Keçmişin yükü." Zamanında deyilə bilməyən, edilə bilməyənlər keçmişimizdən indimizə hətta gələcəyimizə hopur. Özümüzlə daşıyırıq 3 fərqli zaman diliminə hər şeyi. Əgər bir stulda əyləşib, keçmişin yükünü elə ordaca qoymaq üçün düzgün bir yer axtarırsınızsa, Funiculi Funiculi kafesi sizin üçün ən doğru yer olacaq. Keçmişə gedib indiki zamanı dəyişə bilmərik, bəs gələcəyi? Əsas odur ki, "arxadakı körpüləri yandıraq". Sadəcə qəhvəni soyumadan əvvəl içməyi unutmayın.
Edebiyat
Kahve Soğumadan ÖnceToshikazu Kawaguchi · Epsilon Yayınevi · 202110bin okunma
8/10
·408 syf.··
2021 104. kitabı
·
4 günde okudu
·
Okunma: 31 Ağustos 2021 19:16
Emily Brontë 1818.ildə Yorkshire; Thornton'da kasıb bir ailənin 5. övladı olaraq doğulur. Bacıları Charlotte və Anne'lə birlikdə dəvamlı oxumaq və öyrənmək həvəsində olurlar. 1846. İldə 3 Brontë bacıları bir şeir kitabı çıxarırlar. Lakin kitabda adlarını həmin Viktoriya dövründə qadınlara qarşı göstərilən sərhədləmələr səbəbi ilə, kişi adı olaraqda istifadə edilən: "Currer"; "Ellis"; və "Acton" Bell kimi qeyd edirlər. Dövründə, əsərlərində yer verdikləri nüanslar səbəbi ilə bir çox feministlərə İlham qaynağı olan Brontë bacıların kitabları hal hazırda da feminist kitablar arasında öz yerini qoruyur. Emily həyatının çox hissəsini evdə xəyallar quraraq keçirir. Və çox təəssüfki 1848.ildə hələ 30 yaşındaykən vərəmdən vəfat edir. Həyatını yaşamaq və böyük təcrübələr əldə etmək şansı olmamış, hətta bəzi qaynaqlara görə eşqi belə dada bilməmişdir. Təcrübəsinin bu qədər az olmasına baxmayaraq ilk və tək; şahəsəri olan "Uğultulu Tepeler" ardında qalan, ədəbiyyata qazandırdığı böyük bir inci olub deyə bilərik. Bu kimi səbəblərdən dolayı oxuyucularında həm böyük təəccüb həm də heyrət yaratmışdır. Özəlliklə sevgidən xəbəri olmayaraq yazdığı sarsılmaz sevgi/nifrət hekayəsi. Mr. Earnshaw bir gün iş səyahətindən gəldikdə, Uğultulu Tepeler'e yanında balaca kimsəsiz bir oğlan uşağı gətirir. Adı Heathcliff olan bu uşaq, evin digər sakinləri tərəfindən heç də xoş qarşılanmır. Zamanla Catherine Earnshaw'la aralarında böyük bir bağ yaranır. Ama Təpələrdən aşağıdakı malikanənin sahibləri Lintonların oğlu Edgar ilə Catherine arasında yaşanan bəzi məsələlərdən sonra, uşaqlıqdan bəri alçaldılıb, əzilən Heathcliff'in qəlbinə atılan nifrət toxumları sözün əsl mənasında boy atmağa başlayır. Biz kitabda Heathcliff'in böyüyüb gəldiyi vəziyyətə necə düşdüyü ilə yanaşı, Earnshaw və Linton ailələri
Edebiyat
Uğultulu TepelerEmily Brontë · Can Yayınları · 202558,1bin okunma