Nə vaxt gələcəksən?
Nə vaxt oyanım?
De, bilim, qapımı açıq saxlayım.
Saçlarımı darayım, odun qalayım.
O gün soyuq evimi isti saxlayım.
Yeməkmi bişirim, çaymı dəmləyim?
Sonra demə ki, çayı da köhnədi, ümidləri də.
Keç, əyləş, dayanma qapıda, yadsan?
Axı evimə yad olsan da, mənə doğmasan.
Sən bilmirsən, amma bu ev mənə də yaddı.
Sən gedəli başımı ağ-qara şəkillər qatdı.
İndi de görüm, nə vaxt gedəcəksən?
Nə vaxt oyanım?
De, bilim, qapımı bağlı saxlayım.
Bu dəfə getmə, qal, getmə, nə olar.
Sevgini boş ver, nə olar, olar...
🍃🍃