Narmin Mammadova

Narmin Mammadova
@Nemonarmin
19 Haziran 1998
8 okur puanı
Ekim 2025 tarihinde katıldı

Narmin Mammadova

, bir kitap okudu
10/10
·200 syf.··
Beğendi
·
2025 30. kitabı
Orxan Şahbaz
8.6/10 · 35 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Onun 2 nağılı vardı. Biri özünündür...
7/10
·248 syf.··
Beğendi
·
2025 2. kitabı
Kitabın ilk 20 səhifəsində əsəbləşməyə başladım, çünki ne məktəbdə, nə universitetdə, nə də 27 illk həyatımda Şahmar kimi birini tanımamışdım və mənə mümkünsüz, həddindən artıq şişirdilmiş bir qəhrəman kimi gəldi. Sonra anladım ki, biz dünyanın yaxșı tərəfini görməyə çalışırıq. Amma hərgün küçələrdə, ușaq evlərində, həbsxanalarda yüzlərlə belə ușaq, belə insan məhv olur. Niyə? Çünki biz onları həyata qaytara bilmirik. Qaytarmaq istəmirik. Amma o insan sevdiyimiz, dəyər verdiyimiz biri olsa əlimizdən gələni edərik yəqin ki. Deməli seçici yanaşırıq. Açığı kitab o insanları necə həyata qaytara bilərik demir, ancaq onların var oluşunu və onlara nece davranmamalıyıq onu göstərir. Mən tabuların danışılmasını sevən biriyəm, elə bir "ayy ayıbdır o haqda danışma" və ya "o forma danıșma" deyən biri deyiləm, ancaq kitabın bəzi jarqonları mənə belə artıq gəldi), Yenə hər anımıza şükür etməyi xatırlamamız üçün oxumağa dəyər bir kitabdır. Kitabdan bir neçə cümlə qalsın burda: 1. "Müəllimlər günündə hamı 20 manat verəndə mən 10 manat verdiyim üçün uşağımdan acıq çıxır"- məktəb vaxtı ən çox güldüyüm cümlə idi. Bir də sinif rəhbərinin yanına hazırlığa göndərmək 2. "Valideyn olmaq, ana olmaq uşağı dünyaya gətirmək deyil. Ömrünü ona sərf etməkdir"- bunu anlamadan cəmiyyətə uşaq gətirilməməlidir. O uşağa bunları yaşatmağa haqqınız yoxdu. 3. "Twenty years from now you will be more disappointed by the things that you didnt do than by the ones you did do. Sail away from the safe harbor. Explore. Dream. Discover". 4. "Toylarda qulağına verdiyin əziyyətlə ölçülür toy sahibinə yaxınlığın" - Allah bizi səhnəyə yaxın otuzdurulduğumuz toylardan qorusun 5."Həmin gün elədliklərimin qarşılığını alacağım gün idi. Belə günlərdə insanın qarşısında iki seçim olur. Birincisi, səhvlərini başa düşüb
Kor NöqtəNaiq Babayev · Parlaq İmzalar · 202356 okunma
Cogito, Ergo Sum
10/10
·200 syf.··
Beğendi
·
2025 30. kitabı
Əgər düşünməyi və analiz etməyi sevirsinizsə, bunun düzgün metodikasını anlamaq istəyirsinizsə, bu kitabı mütləq oxuyun. Əslində bilirəm dediyiniz onlarla duyğunu əslində bilmədiyinizi, gündəlik həyatımızın bir hissəsi olan hadisə və proseslərə əslində başqa prizmadan da baxa biləcəyinizi və düşünməyə kifayət qədər vaxt ayırmadığınızı anlayacaqsınız. İnsanın özü ilə tək qalıb bəzi şeyləri sorğu-sual etməsinin şirin dadını bilənlər bu kitabı çox sevəcək. Ancaq qısa bir not. Kitab biraz dərindi. Üzməyi bilməyənlər boğula bilər. Və bir də, kitabı oxuduqdan sonra bir müddət kitabın təsirindən çıxa bilməyəcək, ətrafınızdakı hər şeyi iki dəfə sorğulayacaq, iki dəfə düşünəcək, hər cür ziddiyyəti analiz edəcəksiniz. Orxan bəyin youtube-də maraqlı video və müzakirələri var. Kitabı oxuduqdan sonra onlara da nəzər yetirmənizi məsləhət görürəm. Özümə aldığım bəzi notları da bura düşürəm. Lazım olarsa buyurun: 1. Qızıl ortada olmaq ən gözəlidir. Həm inkişafa yerin var, həm de düşəndə 0-dan aşağı düşmürsən 2. "Həyatda hərşey zəhərdir. Önəmli olan dozadır" 3. Freyd və dovşan hekayəsi 4. introspeksiya deyə bir ifadə var imis və hər kəsə nəsib olmurmus. 1-0 öndəyəm 5. Tapşırıq 5-i edə biləcəyin günə qədər özünü inkişaf etdir. 6. "İnsanın məna axtarışının səbəblərindən biri özünü həyata bağlayacaq anlayışları axtarmasıdır" - sən elə olma. Özünün ən yaxşı versiyası ol! 7. Sən sistemin ən kiçik hissəsisən. Amma sistemi düzəltmək istəyirsənsə ordan başla Zidd Orxan Şahbaz
ZiddOrxan Şahbaz · Mono · 202535 okunma
1 günə bitirəcəyiniz kitab
10/10
·400 syf.··
Beğendi
·
2025 1. kitabı
"Mesajlarda yazılan sözlər əl ilə yazılan sözlər qədər səmimi deyil" "Dedektiv janr, sevərəm yəqin" dediyim və bir ayda 3 dəfə bitirdiyim bir kitab. Mürşüd bəy kitabı əsasən detektiv janrı olaraq təqdim edir, oxucuların çoxunun xanım olması səbəbi ilə kitab biraz sevgi romanı kimi qələmə verilir, ancaq məncə bu kitab tam bir psixologiya və şəxsi inkişaf kitabıdır. Təbii ki, özünümühakimə bacarığı olan insanlar üçün. Əsərdə detektiv baxımdan çox maraqlı bir sujet var, hansı ki, sevginin səbəb olduğu bir cinayət olduğu üçün bu 2 mövzu ön plana çıxır. Amma asas məsələ bu deyil. Kitabda cəmiyyətimizdə, verilən tərbiyyə və ailə sistemlərində olan boşluqlar haqqında fikirlər daha çox diqqətə alınmalıdır. Qorxudan yalanın yaranması? Başqası nə deyər deyə keçən həyat? Övladına dəstək olmaq adı ilə ərköyün böyüdülən ve başqa həyatları məhv edən şəxslərin valideynləri? istədiyini əldə edə bilməyəndə dəyişən insanlar? Ya da insanlar haqqında bilmədən, tanımadan sosial şəbəkələrdə rəy yazanlar? Yəqin ki, bunların hamısı ilə bağilı bir hadisə va ya şəxs vardır həyatınızda. Kitabda bu mövzuların hamısının real nümunə və nəticələri var. Amma bu kitabı dəfələrlə oxuma səbəbim bu deyil. Səbəb bu kitabda axtardığım bəzi sualların cavabı, qərar verə bilmədiyim bəzi məqamların nəticələri və bəzi "opportunity cost"ların nümunələrinin olmasıdır. Kitabdan bir neçə kəsinti və o hissələrdən özümə çıxardığım dərsləri not kimi yazıram: 1. Hadisələrdən qaçmaq heçvaxt səni böyütməyəcək. Eyni səhvləri etməyə dəvam edəcəksən. Ona görə səhvlərin üstünə gedib onlarla üzləş. 2. Bəzi addımları atmayıb peșman olmaqdansa, at peşman ol. 3. Sən özünü düzəlt. Sen özünün ən yaxşı versiyasi ol. Ətrafin da yavaş-yavaş sənə uyğunlaşacaq. 4. Özünümühakimə gözəl birşeydir ancaq günahkar psixologiyasında olmaq da
Məktubdakı QadınMürşüd Mehdi · Qanun Nəşriyyatı · 2024265 okunma
Nərminin çox gözəl ürəyi var, sevdiyi insan üçün canından keçər - deyirdi, amma bir dəfə onu əsəbiləşdirdinsə və ya səndən şübhələndisə neyləyirsən elə, hədəfindən yayına bilmirsən
Sayfa 283·Kitabı okudu