Fidan

Fidan
@Nepenthe_8
İyi bir kitap size çokça deneyim bırakır ve bittiğinde yorgun hissettirir çünkü okurken birden fazla hayatı yaşarsınız. William Styron
10/10
·112 syf.··
Beğendi
·
2023 3. kitabı
·
27 saatte okudu
·
Okunma: 11 Mart 2023 20:16
Uzun zamandır bir kitabı oxuyarkən bu qədər zövq almamışdım. Kitabdakı obrazlar hər biri məşhur yazarların "Gölge" adlandırılan təxəllüsləridir. Hər bir "gölge" öz təxəllüsü haqqında məlumat verir. Zülfü Livaneli də bu məlumatları "Gölgelerin" öz aralarında İstanbul mənzərəsi qarşısında, bir gecə vaxtı söhbəti kimi təsvir edib. Kitab qısa və sadədir. Bir gün içində oxumaq olar. İnsanı yormayan, əksinə sakitləşdirən məzmunu var. Kitabda keçən hər bir əhvalatı, şeiri, cümləni ətraflı araşdıraraq, musiqiləri dinləyərək oxumağınızı şiddətlə tövsiyə edirəm.
Edebiyat
GölgelerZülfü Livaneli · Doğan Kitap · 20185,2bin okunma
Reklam
Puan vermedi·168 syf.··
Beğendi
·
2021 55. kitabı
·
11 günde okudu
·
Okunma: 01 Ekim 2021 22:02
Kitaba ilk başlarkən təəssüratlarım mənfiydi. Bir neçə "cool" cümlələr və hər biri yeni abzasda yazılıb ki, daha çox yer tutsun deyə fikirləşirdim. Ama başladığım kitabı da yarım qoya bilmirəm. Sıxıcı bir axşam saatlarında "bitsə də canım qurtarsa" deyə düşünərək oxuyarkən bu sətirləri gördüm. Ben bir fidanım aslında... Baharda filizlenen... Budarım dallarımı zamanı gelince, Rüzgâr döker yapraklarımı... Ben bir fidanım aslında, Dikenlerim olur bazen, İstemeden kanatırım beni tutan elleri... Bahar gelir, kokumu salarım toprağıma... Kış olur içime kapanır yeniden çiçek açmayı beklerim... Ben bir fidanım aslında... Güneşe çevirir yüzümü, Beni ısıtmasını dilerim... Həm adımın olması, bəzi sətirləri özümlə əlaqələndirməyim kitaba qarşı həvəs yaratdı məndə. "Dikenlerim olur bazen, İstemeden kanatırım beni tutan elleri..." Ən çox da bu hissəni çox sevdim. Oturdum yenidən şans verdim və əvvəldən başladım. Kitab Özge Uzun adlı Türkiyədə məşhur bir aparıcının həyatının darmadağın olması, daha sonra toparlamaq üçün etdiklərindən bəhs edir. Bir növ Özge Uzun kitabı yazarkən oxuyucuları bir dost kimi düşünərək öz həyat təcrübələrini və başına gələnləri bizlərə açır. Həyatında etdiyi səhvləri və özünü, düşüncələrini inkişaf etdirərək həyatını necə yoluna qoyduğunu qeyd edir. Kitaba "puan " verə bilmədim. Daha yaxşı anlamaq üçün ikinci dəfə də oxuyacam çünki. Onda bəlkə fikirlərim dəyişə ya da əlavələr ola bilər. :)
Edebiyat
Kırmızı Sarı ve GergedanÖzge Uzun · Nemesis Kitap · 202020 okunma
Puan vermedi·216 syf.··
Beğendi
·
2020 77. kitabı
·
14 saatte okudu
·
Okunma: 31 Aralık 2020 15:22
“Bir tüy kadar hafif, bir melek kadar mutlu, bir okul çocuğu kadar şenim. Bir sarhoş kadar uçarıyım. Herkese Mutlu Noeller! Bütün dünyaya İyi Yıllar Selam size! Hah ha! Selam!” 2021-ci ilin bütün dünyada ümid, sevgi, sevinc dolu olduğu, zorakılığın, şiddətinsə olmayacağı, insanların bir-birini heç bir fərq qoymadan anlayıb sevəcəyi bir il olmasını diləyirəm. 2020 də etdiyimiz səhvlərimizi 2021 də düzəldə bilməyi arzu edirəm. Eynilə əsərin əvvəlində acgözlü, duyğusuz, lakin bir gecədə tamamilə dəyişən Scrooge kimi. Əsərin əsas vermək istədiyi ideya: "Keçmişi unutmayın, bugünü yaşayın və gələcəyi düşünün" Kitabın eyni adlı animasiya filmi də var. Nədənsə elə mən də kitabı oxuyarkən xəyalımda animasiya şəklində canlanırdı hadisələr. Ona görə kitabın animasiyası olduğunu görəndə sevindim ) Animasiya izləməyi sevənlərə tövsiyə edirəm. Bir sözlə, kitabı da, animasiyası möhtəşəm idi.
2021'e Girerken
Bir Noel Şarkısı - A Christmas CarolCharles Dickens · Bordo Siyah Yayınları · 201311,3bin okunma
10/10
·424 syf.··
Beğendi
·
2020 69. kitabı
·
11 günde okudu
·
Okunma: 14 Aralık 2020 18:08
Hadisələrin bir-biri ilə əlaqəsi, süjet xətti, obrazlar hamısı, bir sözlə, möhtəşəm idi. Cinayətkarların müəyyən edilməsi, istintaq prosesi ilə maraqlananlar mütləq oxusunlar. Demək ki, kobud sözlər, ya da yersiz səhnələr olmadan da maraqlı, dedektiv tərzində əsər yazmaq mümkün olurmuş:)
Edebiyat
Brilyant MəsələsiCəmşid Əmirov · Xan Nəşriyyatı · 2024115 okunma
5/10
·96 syf.··
2020 61. kitabı
·
4 günde okudu
·
Okunma: 16 Kasım 2020 12:43
Kitab 4 hekayədən ibarətdir. İlk hekayənin adı elə kitabın adı ilə eynidir. Cəmiyyətin kişi və qadın arasında ayrı-seçkilik etməsi iki azyaşlı qızın düşüncələri vasitəsilə oxucuya çatdırılır. 4 hekayənin içərisində elə tək sevdiyim, ilk hekayə oldu. Ümumiyyətlə, Stefan Zweigin kitablarında çox qadın obrazının, qarşı cinsə, onların istək və arzulara tabe olması, saf təsvir edilməsini sevmirəm. Elə ikinci - "Yaz novellası" hekayəsində də yaşlı bir kişinin gənc qızı "kukla" kimi əlində oynatması, üçüncü hekayə "Geç Ödenen Borç" iki gənc qızın bir aktyora heyran olması, hətta bu heyranlığın, məncə, çox şişirdilməsi ilə bağlıydı. Son hekayə isə "Kadın ve Yeryüzü" fərqli, qəribə bir hekayə idi. Çox da sevmədim)
Edebiyat
MürebbiyeStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202132,8bin okunma