Bu qeyri-adi vəhşiliyin,azğın düşmənçiliyin bünövrəsində nə dururdu?Bu vəhşi xislətli toplum türklərə niyə belə qənim kəsilmişdi?Niyə əllərinə imkan düşəndə,harada türk görürdülərsə,onu elə türk olduğu üçün öldürmək,öldürüb ölüsünü bir də öldürmək,bir də öldürmək istəyirdilər?!Nə idi bu sonsuz kin-küdurətin,bu qatı uğdanın,bu əcaib hikkənin səbəbi?...
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
bu işin ağırlığı və katorqalığı heç də onun çətinliyində və fasiləsizliyində deyildir,ondadır ki,bu iş məcburidir,qırmanc altında görülən işdir.Mujik azadlıqda,olsun ki,daha çox işləyir,bəzən,xüsusən yayda hətta gecələr də işləyir;amma özü üçün işləyir,dərk edilmiş məqsədlə işləyir və onunçün iş olduqda yüngül görünür,nəinki katorqaçıya məcburi və onunçün tamamilə faydasız iş.
Bizim həbsxana qalanın kənarında,qala divarının böyründə yerləşirdi.Hərdən hasarın deşiyindən Allahın dünyasına baxırsan:nəsə görə biləcəksənmi?Gördüyün yalnız göyün bir qırağı ,bir də hündür,cəngəllik basmış torpaq sədd olurdu.Səddin arxasında və qabağında isə gecə-gündüz qaravulçular gəzişir və elə buradaca fikirləşirsən ki,illər ötəcək,sən isə elə beləcə gedib hasarın deşiyindən baxacaqsan və elə həmin o səddi,eynilə həmin o qaravulçuların və göyün həmin o kiçicik qırağını görəcəksən,amma bu,həbsxananın üzərindəki səma deyil,başqa,uzaq,azad bir səma olacaq.