Lakin başqa bir mərhəmət də var-əsl mərhəmət; bu mərhəmət sentimental həyəcanlar deyil, fəaliyyət tələb edir; belə mərhəməti olan adam nə istədiyini bilir, özü də iztirab çəkə-çəkə, şəfqət göstərə -göstərə insan qüvvəsi müqabilində və hətta bundan da çox iş görməyə hazırdır . Əgər sən axıracan, ən acı aqibətə qədər belə mübarizə aparmağa hazırsansa, üstəlik, böyük səbrin varsa, yalnız bu zaman insanlara həqiqətən kömək etməyi bacararsan. YALNIZ ÖZÜNÜ QURBAN VERDİYİN VAXT, YALNIZ VƏ YALNIZ BU ZAMAN FAYDA VERƏ BİLƏRSƏN!
-Stefan Zweig
Dövlət hüquq qanunları, əlbəttə, belə məsələləri məndən daha sərt həll edir; onun vəzifəsi ictimai əxlaqı və ləyaqəti qorumaqdır; bu vəzifə isə onu haqq qazandırmağa deyil, ittiham etməyə məcbur edir. Mən isə xüsusi bir fərd olduğuma görə prokuror rolunda çıxış etmək istəmirəm; mən vəkilliyi daha üstün tuturam, şəxsən mənim qəlbimə insanları ittiham etmək deyil, müdafiə etmək daha çox yatır!