Nigar Yusubova

Nigar Yusubova
Welcome to Nigar's Wonderland!‍️
Interpreter (english-azerbaijan)
Baku
Baku Azerbaijan, 13 Eylül 2000
49 okur puanı
Kasım 2019 tarihinde katıldı
10/10
·248 syf.··
2021 41. kitabı
“Şirin portağal ağacım” romanı isə brazilyalı yazıçı Jose Vaskonselosun avtobioqrafik əsəridir. Onu da qeyd edim ki, yazılanların real həyatdan götürüldüyünü xatırlayanda əsərə qarşı maraq daha da artır. Kitab çox axıcı və şirindir)Xüsusən oxumağa bir şey tapmır və ya mənimkimi son zamanlar əlinizə aldığınız bütün kitabları yarım qoyursunuzsa, bu kitab idealdır. Əsərdə bəyənmədiyimi hissə olmadı. Sadəcə Portuqa haqqında daha çox məlumat olmasını istəyirdim.Portuqanın həyat tərzi, ona aid ayrıca bölmə yazılsın istəyərdim. Düzünü desəm Portuqanı Zezedən daha çox sevdim :DZeze çox həssas, yaşıdlarından düşüncəsi və çoxbilmişliyi ilə olduqca fərqlənir. Mənə görə Zeze və Portuqanı da bir-birinə bağlayan budur. Əsərdə ən sevmədiyim obraz isə Zezenin atası oldu. Əvvəlcə, işsiz olub çox fikir etdiyinə görə ona yazığım gəlirdi, tipik öz uşaqlarını düşünən həyatını onlara həsr edən bir ata obrazı olar deyə düşünsəm də, sonda haqsız yerə əsəbini Zezedən çıxarmağını, onu döyməyini düzgün hesab etmədim. Hamıya tövsiyə edirəm mütləq oxunmalı kitabdır:)
Edebiyat
Şirin Portağal AğacımJosé Mauro de Vasconcelos · Parlaq İmzalar Nəşriyyatı · 2018275bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·288 syf.··
Beğendi
·
2021 6. kitabı
Kitab İlyas Əfəndiyevdən oxuduğum 2 ci kitabdır, daha əvvəl "Xurşudbanu Natəvan"-ı oxumuşdum. Əsərin dili olduqca axıcıdır və zəngindir. Əsəri oxuyarkən gah gülür gah da çox əsəbləşirdim, sıxıldığım an demək olarki hec olmadı. Əsərdə ən sevdiyim obraz Bağdagül oldu. O, çox sədaqətli,mehriban bir qadındır. Ərinin necə illərdir ölməsinə baxmayaraq yenə də ona sadiqdir və onu hələdə sevir ona görə sevdiyi kişi ölməmişdir hələdə onu gözləyir. Əsərin baş qəhrəmanlarından Səliməyə onun sevgisinə, onun cəsarətinə heyran qaldım, amma Səlimənin Şahları ilahiləşdirməsini hec sevmədim. Şahların anası Gülnisənin isə qarışaması Güləbətini onların arasına girməsinə imkan yaratmasına isə olduqca əsəbləşirdim. Əsərin sonluğu biraz məndə suallar yaratdı sanki tam tamamlanmırdı:)
Dağlar Arxasında Üç Dostİlyas Efendiyev · Bakı Kitab Klubu · 2017215 okunma
Puan vermedi·240 syf.··
Beğendi
·
2021 3. kitabı
Əsərin əsas baş qəhrəmanları Suzan və Filipp bir-birlərini çox sevirlər. Lakin əksər cütlük kimi onlarında yolları ayrılır, Suzan güclü uraqanların olduğu Mərkəzi Amerikaya getməli olur. Bu müddət ərzində onlar sadəcə məktublaşır və cəmi bir neçə dəfə görüşürlər və bu görüşlərdə hec də ürəkacan olmur. Filipp sözarası ona həmişə dəstək olacağını nə lazım olsa ona kömək edəcəyini demişdi. Vaxt keçdikcə onun bu sözü həyatını tamamilə dəyişir Suzanın başqasından dünyaya gətirdiyi qızına atalıq edir ona ailəsindən biri kimi qəbul edir Əsər hec gözləmədiyim sonluqla bitdi. Başda sevdiyim qəhrəmanları o cümlədən Suzan sonda hecdə elə biri olmadığını gördüm. Onun bu illər ərzində səbəb nə olursa olsun övladına bunları yaşatmağa haqqı yox idi. Əsərdə sevdiyim yeganə obraz Mariya və Liza oldu. Mariya Flippin həyat yoldaşı olaraq başqasının özüdə onun keçmiş sevgilisinin qızını hec öz oğlundan ayırmır ona əsl analıq, Suzanın edə bilmədiyini etmişdi. Liza çox gunahsız sadəcə taleyini yaşayırdı və sonda Suzanı deyil ailəsini Filippi seçməsi məndə ona qarşl çox xoş hisslər yaratdı. Ümumən əsərin dili olduqca axıcıdır. Oxumağa dəyər
Hayat
Haradasan?Marc Levy · Qanun Nəşriyyatı · 2014791 okunma
8/10
·509 syf.··
Beğendi
·
2021 1. kitabı
Jojo Moyesdən oxuduğum ilk əsərdir. Yazıçının üslubunu bəyəndim. Əsər gah məni güldürür, gah çox duyğulandırdığı yerləri olurdu. Əsərin baş qəhrəmanları Luiza Klark və Uill Treynor heç bir ortaq cəhətləri yoxdur, bununla belə bir-birlərini başa düşən yeganə insanlardır. Uill keçirdiyi qəzadan sonra iflic olur və bu, onun həyatından sevdiyi qız daxil olmaqla çox şeyi əlindən alır, həyatını tamamilə dəyişir. O olduqca pessimist olur və bilərəkdən Luizaya pis davranır. Lakin Luiza Uillin tam əksi olaraq hər xırda şeydə belə sevinməyə, xoşbəxt olmağa davam edir. "Səndən öncə mən" sevdiyiniz insanı sizin qəlbinizi qırdığı halda onu sevməyə davam etməkdir? sualina cavab verən romantik romandır.
Səndən Öncə MənJojo Moyes · Qanun Nəşriyyatı · 201633bin okunma
Puan vermedi·112 syf.··
Beğendi
·
2019 1. kitabı
·
25 saatte okudu
·
Okunma: 30 Kasım 2019 20:21
Stefan Svayqdan oxuduğum daha bir əsər, "Bir qadının həyatından 24 saat" əsərini oxudum. Əsər azhəcmli olsa da, marağlı idi. Əsərin qəhrəmanı bir səyahətdə olarkən 24 saat ərzində tanıdığı birinə qoşulub qaçan, öz ərini və övladlarını atan bir qadını müdafiə edir və bu zaman Missis K ilə tanış olur. Onlar belə bir neçə dəfə söhbət edirlər və hər dəfəsində Missis K bu haqda yenə onunla müzakirə edir, və sonda öz başına gələn əhvalatı danışır. Həyat yoldaşının ölümündən sonra tam sakit bir ömür sürən Missis K həyatında dəyişiklik etmək, daha yaşadığının fərqinə varmaq istiyir, və bu ona baha gəlir. Həyatında başına gələn ən böyük macər cəmi 24 saat çəkir və üstündən 20 ildən çox keçməsinə baxmayaraq, hələ də xatirəsindədir. Utanan, vicdan əzabı çəkən qadın bu sirrini yalnız əsərimizim qəhrəmanına danışaraq biraz rahatlıq tapır.
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0150,8bin okunma