Onların cahilliyinə necə qibtə etməyəsən!
Ağıl yaxşıdır, amma xoşbəxtlik daha yaxşıdır.
Dünyamız zibildir, ancaq mən sağam və heç nədən qorxmuram.
Ancaq əfsus ki, ağıl ikiqat bədbəxtlikdir.
İnsan ona sırınan həyatın eybəcər və səfeh boşluğundan içkiyə qurşanır.
Bizim hər tərəfdən buxovlanmağımız məni öldürür, hər bir azad sözü, sərbəst hərəkəti başımıza vururlar,həm də çox bərk vururlar.
Mən kabus olmaq istəyirəm, adi qarabasma. Heç kəs məndən, mənim lənətə gəlmiş vicdanımdan azad fikir, bilik gözləməsin.
Qoy mənim əzablarımın səbəbi həqiqət yox, əyyaşlıq olsun.
Əyyaşlıq onun cəmiyyətə adaptasiya olunması üçün son ümid, intihar isə dünyayla əlaqə qurmaq üçün sonuncu yol idi. Əgər həyatı başdan ayağa işgəncəyə çevrilibsə, başqa nə etmək olar? Artıq ona günəşin çıxıb batması ləzzət vermir, həyatının hər anını dolduran kədər və sıxıntı cuzi də olsa qalan xoş məqamları zəhərləyirdi.Özünü tamamilə canlı hiss etmədiyindən ölümdən də qorxmurdu.
Ümumiyyətlə, deyəsən mən həyat üçün yararsızam və ümid edirəm ki, ölümdə özümü təsdiq edə bilərəm. Yəqin ki, buna daha çox uyğun gəlirəm.
Bizim nə vaxt öləcəyimizə cəmiyyət qərar verir, çünki yediyimiz ərzağın keyfiyyəti, ətraf mühitin durumu, işlədiyimiz və yaşadığımız şərait ondan asılıdır. Doğulanda bunu istəyib - istəmədiyimizi heç kəs bizdən soruşmur, dilimizi, ölkəmizi, dövrümüzü, ehtiraslarımızı və zövqümüzü, həyatımızı belə özümüz seçmirik. Bizim azadlığımız yalnız ölümdədir:azad olmaq ölmək deməkdir.
Axmaqlıq ağlın deyil, cəsarətin çatışmazlığıdır. Çünki ağıl elə xəstəlikdir.
O, həyatın qanunlarını dərk etmədən yaşamaq istəyirdi, sadəcə, yaşamaq.
Bu dünyanın bədbəxtliyi ondadır ki, hərə özünə görə haqlıdır.
Ən asan şey insanın öz-özünü aldatmasıdır.