Onu içimdə gizlədib hamıdan qorumaq istəyirdim..Kim ona daş atsa mənə dəysin, kim onu incitsə mənim canım ağrısın..Onun üzündə kədər kölgəsi görmək istəmirdim.
Birinə necə güvənə bilərsiniz? Etdiyi hərəkətlərə görə? Yox.. Bir insana güvənərsiniz, çünki ona güvənməyi seçərsiniz.. Doğruluğa qalsa, həyatınızda elə insanlar olar ki, bütün ömrü boyu tək bir səhv hərəkətinə şahid olmazsınız.. Amma ürəyinizə yaxın gəlməz.. Bəzən özünüzü məcbur edərsiniz. Özünüzə, qəlbinizə, ağlınıza yeritməyə çalışarsınız, inandırmağa çalışarsınız ki, o insan idealdır.. Səni sevir, qoruyur, sənə qarşı səhv etmir.. Amma bu işlər belə baş tutmaz.. Gedib harada əlaqəsiz bir insan varsa onu sevərsiniz. Bəzən kim olduğunu bilmədən, bəzən doğru və ya yanlış olduğundan əmin olmadan.. Mənə görə inanmaq da, sevmək də, güvənmək də tək bir şeyə əsaslanır.. Sevə bilmək üçün də, inana bilmək üçün də bunları istəməyiniz kifayət edir.. İnanırsınız, çünki inanmağı seçirsiniz.. Sevirsiniz, çünki sevməyi seçirsiniz.. Bütün dünya əksini desə də siz onun dediyinə inanırsınız.. Çünki inanmağı seçirsiniz, pis biri olmadığına inanırsınız.. Bu axmaqlıqdır? Əlbəttə, elədir.. Amma heç kim sevginin ağıl işi olduğunu iddia etməyib.. Əgər bu yola girmisinizsə, demək eyni zamanda bir az axmaq olduğunuzu da qəbul etmisiniz..
Elə bir şey ki,onu bütün bu illər ərzində öz qabıqlarının içinə çəkmişdi.O qədər təcrid olunmuşdu ki,hətta adi insani söhbətlərə belə inanmaz olmuşdu..