Qorxunu da öz balan kimi böyüdə bilərsən. Bir də görürsən,boyu səni keçib, ərköyünləşib və bütün istədiklərini edir ;sənin əvəzinə qərarlar verir, məkan bəyənir, dostlarını ələyir,səni düşmənlərinə satır.
Cavad,qadınların əxlaqlı, mərifətli olmasını istəyiriksə,əvvəlcə özümüz elə olmalıyıq. Qadınlar həmin millətin aynasıdır. Kişilər isə o aynanı vücuda gətirən ustlardır. Biz,yəni ustalar,o aynaları necə yaradıb qoruyuruqsa,onlar da o çeşid göstərərlər.