Ophelia Abbasova

Ophelia Abbasova
@Opheelia
Okumak için uzaklara gitmekden çok,uzaklara gitmek için kitap okurum.
#1
10/10
·240 syf.··
Beğendi
·
2022 4. kitabı
Həyatım boyu istər 100,istərsə daha çox kitab oxuyum mənim üçün yerinin dəyişməyəcəyinə əminəm. Daima sevimli kitabım olaraq qalacaqsan. Hər bir insan bu kitabı oxuyarkən özündən bir parça tapacağını ümid edirəm. 5.01.2023 Bu gün 3-cü dəfə idi ki,bu kitabı oxudum.Bitirərkən eynən ilk dəfə oxuduğum kimi reaksiya verdim. Necə ola bilər ki,bir kitabı 3 dəfə oxuyasan,hər dəfəsində eyni duyğuları,hisləri,təlatümləri yaşasan. Necə ola bilər ki,bir kitabı 3 dəfə oxuyasan, hər dəfəsində obrazlara daha çox bağlanasan. Həyatdan ən çox istədiklərin nədir desələr,ilk sıralarda deyəcəklərimdən biri Raif əfəndi ilə dərdləşmək olardı. Onun heç də lazımsız,dəyərsiz olmadığını demək olardı.Düzdür,qızı üçün nəsə edə bilərdi.Fəqət etmədi. Bəzi insanlar Raif əfəndi kimi daxilində səssizcə yaşayarlar. Siz də elə deyilmisiniz? Daxilinizdə öz-özünüzə qurduğunuz şəhərlər və ölkələr yoxmu? Hər şey daxilinizdə olub bitmirmi? Siz də bəzən duyğularınızı xaricə göstərərkən qınanılacağızdan qorxmurmusunuz? Daxilinizdəki səslərin çöldəki hay-küydən daha çox çıxdığını düşündüyünüz anlar heç olubmu? Cavabınız "hə" isə onda siz də Raif əfəndisiniz...
Kürk Mantolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023375,8bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
10/10
·174 syf.··
Beğendi
·
2022 60. kitabı
·
3 günde okudu
·
Okunma: 16 Kasım 2022 00:00
Kitabın hər səhifəsini oxuyanda insan özünə sual verir: "Bir insan necə bu qədər mükəmməl,düşüncəli,alicənab ola bilər?" Mikayılla Dilbərin sevgiləri,Mikayılın aqibəti nakam bitməyə layiq deyildi. Dilbər Axundzadə çox şanlıydı ki, Mikayıl Müşfiq kimi birini sevib və onun tərəfindən sevilib.
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019417 okunma
10/10
·258 syf.··
Beğendi
·
2022 48. kitabı
·
9 günde okudu
·
Okunma: 20 Ağustos 2022 18:15
Əsərdə Jack London Bəyaz dişin həyatını elə təsvir edib ki,elə zənn edisən ki, Bəyaz diş sənin yanında böyüyüb. Ona cəza veriləndə ürəyin sıxılır,şiddət ediləndə yerə-göyə sığmaq bilmisən sanki... Sevginin nə olduğunu dadanda,hiss edəndə sevincdən yerə-göyə sığa bilmirsən ki,nəhayət mənim əziz "balam" sevginin nə olduğunu daddı... Əsərin sonu yaxınlaşdıqca məyus olursan. 1 gündə bir neçə cümlə oxuyursan ki,sevimli əsərim bitməsin. Bitəndə duyğusallaşırsan ki,niyə bitdi. Kaş bəzi əsərlər sonsuz olsa. Elə hey oxusan. Ölənəcən oxusan. Bezmədən,yorulmadan,usanmadan oxusan...
Beyaz DişJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202095,5bin okunma